Qapağın altında və üstündə olan milyonlar

Qapağın altında və üstündə olan milyonlar
Загрузка...
İqtisadçı-alim Qubad İbadoğlu Bakıda keçirilən "Formula-1" yarışlarında kanalizasiya qapağının səbəb olduğu qəza ilə maraqlı yazı paylaşıb. Criminal.az həmin yazını təqdim edir:
İngilis George Russelin maşınını sıradan çıxaran məşhur drenaj qapağının yaratdığı qəzanın xərci ən azı yüz minlərlər dollar təşkil edəcək. Qapağın boş olması səbəbindən baş vermiş qəzadan zərər çəkmiş yarış maşınının dəyəri 14-15 milyon dollar arasındadır. Bir tərəfdən hər il yolların təmirinə xərclənən milyonlarla dollar büdcə vəsaiti, digər tərəfdən isə qapağa görə ödəniləcək yüz minlərlə dollar dəyərində olan kompensasiya Azərbaycanda keçirilən "Formula-1" yarışlarının vurduğu zərərin bir hissəsidir. 

Bu qəza yalnız vurduğu maddi ziyana görə deyil, həmçinin təşkilatçıların məsuliyyətsizliyinə görə son günlər dünya idman mətbuatının gündəmindən düşmür. Başqa bir qəza isə Bakı yarışının favoriti sayılan 21 yaşlı altteri Bottas Charles Leclerc axmaqlığı ucbatından baş verib. 

Bununla yanaşı, "UNİ-Virtuosi”nin pilotu Quanyu Zhou və və "BWT Arden” komandasının xanım pilotu Tatiana Qalderon və Karlin Komandasının pilotu Luiz Deletraz da qəzalar törədib. Burda yadıma məşhur bir məsəl düşdü, deyirlər ki, "Formula-1" yarışlarını izləyənlərin heç də hamısı qalibin kim olmasını görmək üçün deyil, həm də qəzalara tamaşa etmək üçün gəlirlər. Bakı "Formula-1" yarışı da, həm də qəzaları ilə yaddaşlarda qalmaqdadır. 

Загрузка...
Загрузка...

Xəbər lenti