"Qanuni oğru"lar "proqon" yaydı: "İlqar Dmanisski oğru deyil"

Bir qrup "qanuni oğru" "proqon" yayıb. Rus dilində yayılan "proqon"u Criminal.az təqdim edir.
"Proqon"da İlqar Əliyevin (Dmanisski) "qanuni oğru" olmadığı deyilir. "Proqon"a imza atmış "qanuni oğru"ların onu "sxodka"ya dəvət etdikləri, lakin onun çəkindiyi, gəlmədiyi və bu halın dəfələrlə təkrar olunduğu qeyd edilib.
"Proqon" bütün oğru dünyasına ünvanlanıb. "Proqon"a imza atan müəlliflər İlqar Dmanissikini "qanuni oğru" kimi tanımırlar və onunla bütün əlaqələri kəsməyə çağırırlar.
"Əgər kimsə onunla əlaqə qurub oğru kimi tanıyacaqsa, həmin şəxsin problemləri olacaq", deyə "proqon"da deyilir. Bu "proqon"u Ramiz Kutaissiki, Aslan Batumski, Teymuraz Tsiko, Maxaz Kurşi, Quram Kuvejoviç, Georgi Quşaşo, Koba Sisina, Teymuraz Teko imzalayıblar.

Xəbər lenti