"Kriminal avtoritet Oleq Bakinski bizi ölümlə hədələyir"

Загрузка...
"Biz Ukraynanın paytaxtı Kiyevdə yaşayırıq, alver ilə məşğul oluruq bazarda. Kiyevdə diaspora təşkilatımızın sədri Bakıdən göstəriş ilə bir neçə ildir ki, qanuni oğru statusu olan Oleq Bakinski adlı şəxsdir. Bax indi bu şəxs öz banditləri ilə bazarda işləyənlərə hücum edir, hər birimizdən aylıq olaraq 100 dollar pul yığır, kim verməsə öldürməklə hədələyir. Biz pul vermək istəmirik ona görə yaxın günlərdə bu banditlər bizə hücum edəcək qanımızı tökəcəklər".
Bu sözləri Criminal.az saytına Ukrayda bizneslə məşğul olan və adının təhlükəsizliyi üçün gizli saxlanılmasını istəyən azərbaycanlı iş adamı deyib.
''Vətəndə işləyə bilmədik, dedik xaricdə işləyəcəyik, amma burda da bizə bu banditlər imkan vermir. Oleq Bakinski Kiyev azərbaycanlılar diasporasının sədridir, həm də qanuni oğru, onu Bakıdəkı məmurların göstərişi ilə sədr təyin etdilər. İndi də bizi müdafiə etməyin əvəzinə öldürməklə hədələyir. Xahiş edirəm bizə kömək edin. Ukrayna bazarlarında azərbaycanlılardan 20 ildi pul yığılmırdı. Oleq Bakinskinin silahlı adamları indi bazara gəliblər, pul verməyənləri gülləyəcəklərini deyirlər, vəziyyət gərgindi. Həftənin sonuna qədər vaxt verdilər. Troyeşina bazarından başqa Desnyanskiy rayonda olan tərəvəz bazarından da pul yığıblar. Obolon rayonunda olan bazardan da pul yığmağa çalışırlar, Obolonda İsmət adlı şəxs pul yığır Troyeşinada pul yığanlar Oleq Bakinskinin killeri sayılan Rafiq yığır. Rafiq bərdəlidi, qardaşı Fazillə yığır. Oleq Bakinski hazırda Lotu Quli ilə müharibə aparır. Lotu Quli onun yaxın adamını Kiyevin mərkəzində öldürdü, Oleq də cavab verdi Qulinin adamını maşında öldürtdü''-deyə iş adamı bildirib. 
Xatırladaq ki, O.Bakınski 1960-cı ildə Şamaxıda anadan olub. Rusiya hüquq-mühafizə orqanlarının məlumat bazasında "Oleq Bakinski” ləqəbli kriminal avtoritet kimi yer alan keçmiş idmançı Oleq Krapivin Krımın ukraynalı biznesmenlərin və siyasətçilərin yarımadadakı bizneslərini, daşınmaz əmlakını dəyər-dəyməzə ələ keçirib.
Загрузка...
Загрузка...

Xəbər lenti