“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur

“Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur
 Bu gün Moskvada azərbaycanlı "qanuni oğru” Əli Heydərovu ("Albert Rıjiy”) güllələyən killerin kimliyi məlum olub. Rusiya mənbələri xəbər verir ki, həmin şəxs Taleh Orucovdir. Onun şəxsiyyətini "112” Telegram-kanalı açıb və şübhəlinin fotosunu dərc edib.
Xəbər verildiyi kimi killer Əli Heydərovu Moskvada yaşadığı binanın birinci mərtəbəsində yerləşən idman zalında haqlayıb. Heydərov qaçış cığırında idman edərkən killer ona yaxın məsafədən bir neçə atəş açıb, sonuncu kontrol atəşini başından açaraq hadisə yerini tərk edib. Hazırda onun axtarışları davam edir.

Xəbər lenti