Qandallanan başçının övladı korrupsiyaya qarşı mübarizə idarəsində işləyir Qandallanan başçının övladı korrupsiyaya qarşı mübarizə idarəsində işləyir

Qandallanan başçının övladı korrupsiyaya qarşı mübarizə idarəsində işləyir
Загрузка...
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməliyyatçıları tərəfindən bu gün saxlanılan İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin oğlu ilə bağlı maraqlı fakt üzə çıxıb. Criminal.az saytı bildirir ki, korrupsiya faktına görə tutulan başçının oğlu Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyir.
M.Hacıyev bundan əvvəl Qaradağ və Nərimanov prokurorluqlarında çalışıb. 

İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev də dəbdəbəli həyat tərzi ilə mətbuatın gündəminə gəlib. sürür. Prokurorluq orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Məhəmməd Hacıyev davaya meylli birisi kimi də ad çıxarıb. İndiyə qədər onun iştirakı ilə paytaxtın məşhur restoranlarında bir neçə dəfə kütləvi dava baş verib.
Məsələn, Bakının ən məşhur restoranlarından biri olan "Şirvanşah” restoranında Vilyam Hacıyevin oğlu ofisiantları döyüb. O, ofisiantı təhqirlə çağırdığı üçün qalmaqal düşüb. Məsələyə restoran rəhbərliyi qarışsa da, icra başçısının oğlu və iki dostu restoranın işçisini əzişdirməyi bacarıblar. 

İcra hakiminin oğlu həm də bahalı maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına 10-PP-369 dövlət nömrə nişanlı "Bentley”, "Land Rover”, 90 AA 369 dövlət nömrə nişanlı "Mercedes S class”, həmçinin son model "Mercedes Galendevagen” daxildir.
Qeyd edək ki, İmişli rayon İH-in başçısı Vilyam Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir. 
Oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində işləyən və korrupsiya cinayətinə görə həbs edilən icra başçısı tək V.Hacıyev deyil. Ağstafa rayon İcra Hakimiyyətinin həbs olunmuş icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev də Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müstəntiq işləyib. Qeyri-rəsmi məlumatlara görə, atasının həbsindən sonra işdən azad olunub.
Xatırladaq ki, DTX-nın rəisi Əli Nağıyev hazırki vəzifəyə təyin olunanadək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəsi müavini idi. 

Xəbər lenti