Qalib Salahzadənin əmlakını qəsb etdiyi vətəndaş Baş Prokurorluğun qarşısında aksiya keçirəcək

Qalib Salahzadənin əmlakını qəsb etdiyi vətəndaş Baş Prokurorluğun qarşısında aksiya keçirəcək
Загрузка...
 Azərbaycan vətəndaşı Seymur İsrafil oğlu Quliyev Azərbaycan Respublikasının Baş Prokurorluğunun qarşısında təkadamlıq aksiya keçirəcək. Bu haqda Criminal.az-a danışan Seymur Quliyev deyir ki, əmlakı 9 il əvvəl deputat olan Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub:
"Daxili İşlər Nazirliyi əmlakımın qəsb olunması, dağıdılması, uşaqlarımın oyuncaqlarının belə dağıdılan əmlakdan oğurlanması faktlarını araşdırıb, istintaqı 4 ay əvvəl yekunlaşdırıb. İş materialları 4 ay əvvəl Baş Prokurorluğa göndərilib. Qalıb Baş Prokurorluğun qərar verib müəyyən etməsi ki, işi prokurorluq orqanı tam olaraq yekunlaşıdırıb məhkəməyə göndərsin yoxsa elə Daxili İşlər Nazirliyinin istintaq orqanı bunu etsin. Qanuna görə bu qərar 24 saat ərzində verilməli idi”.
Seymur Quliyev deyir ki, baş verənlərlə bağlı baş prokuror Kamran Əliyevin qəbuluna düşmək istəyib, lakin buna da imkan verilməyib: "Ötən həftə Baş Prokurorluğa teleqaram da vurdum. Xahiş etdim ki, Kamran Əliyev məni qəbul etsin. Teleqrama cavab verilmədi. Baş Prokurorluğa zəng etdim. Orada idarə rəisinin müavini Elşən Əliyevlə danışdım. Dedim ki, işçisi Royal Xankişiyev işin həvalə edilməməsi ilə bağlı adekvat cavablar vermir, 4 aydır ki, cinayət işi həvalə olunmur. İstintaq aparılıb, amma həvalə olunmur. Dedi ki, istintaq aparılıbsa, mümkün deyil ki, həvalə qərarı verilməsi. Cavab verəcəklərini dedi. Amma yenə də cavab vermədilər”. Seymur Quliyev deyir ki, baş verənlər haqda şəxsən baş prokurora məlumat verib tədbir görülməsini istəyir, lakin Kamran Əliyevin qəbuluna düşə bilmir: "Məcburam ki, Baş Prokurorluğun qarşısında təkadamlıq aksiya keçirim. Bakı Şəhər İcra Hakimiyyətinə də aksiya ilə bağlı müraciət etmişəm. İnanıram ki, Kamran Əliyev baş verənlər haqda xəbər tutsa, mənə qarşı cinayətlərə son qoyulacaq”.
Seymur Quliyev avqustun 14-də keçirəcəyi təkadamlıq aksiyada səsləndirəcəyi şüarları, qaldıracağı transparantların fotolarını da Bakı Şəhər İcra Hakimiyyətinə yollayıb: "Azərbyacan dövlətinin qanunları Bakının Bilgəh qəsəbəsində, konnkret olaraq Qalib Salahzadəyə münasibətdə işləmir. Qalib Salahzadə torpağımı zəbt edib, oradakı mal-mülkümü dağıdıb, özünə avtodayanacaq açıb. Mənə də deyir ki, eee, şikayət elədin mənə kim neylədi? Kim kimə istəyirsən de. Özəl mülkiyyətimi dağıdıb, torpağımı zəbt edib, 9 ildir ki, polis, prokurorluq və məhkəmələrdəyəm. Məhkəmə qərar verir ki, Qalib Salahzadə torpağı boşaltsın, yolu açsın. Qalib Salahzadə isə Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnamələrini saymır. Kamran Əliyev bu qanunsuzluğa son qoymalıdır. Bu adama qanunun sərt üzü göstərilməlidir”. 

Xəbər lenti