Qafqazlı “qanuni oğru” Ukraynadan deportasiya olundu

Qafqazlı “qanuni oğru” Ukraynadan deportasiya olundu
Загрузка...
Əslən Qafqazdan olan "qanuni oğru” Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Odessa vilayətində saxlanılaraq ölkədən çıxarılıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Xüsusi xidmət orqanlarının əməliyyatçıları "Jorjikiç” ləqəbli "qanuni oğru”nun Cənubi Qafqazdakı kriminal dairələrin üzvü olduğunu, Ukraynaya cinayətkar qruplaşmaların fəaliyyətinin koordinasiyası ilə bağlı gəldiyini müəyyənləşdiriblər.
Ukrayna güc strukturlarının məlumatına görə, "qanuni oğru"nun bu ölkəyə "səfərinin” əsas məqsədi soyğunlardan, silahlı basqınlardan, oğurluqlardan əldə edilən gəlirlərin, pulların paylaşdırılmasını öz nəzarəti altında saxlamaq olub.
Odessada saxlanılan "Jorjikiç” ləqəbli "qanuni oğru” ölkədən çıxarılmaqla yanaşı, onun üç il müddətidə Ukraynaya girişi də qadağan edilib.
Qeyd edək ki, bundan bir müddət öncə Ukrayna ərazisinə qanunsuz daxil olduğuna görə "Jorjikiç” dövlət miqrasiya xidmətinin əməkdaşları tərəfindən inzibati qaydada məsuliyyətə cəlb olunub. Gürcüstan vətəndaşı olan "qanuni oğru” ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edilir.
Загрузка...
Загрузка...

Xəbər lenti