Qadınla kişi maşında yanaraq öldü Qadınla kişi maşında yanaraq öldü

Qadınla kişi maşında yanaraq öldü
Загрузка...
Ağcabədi rayonunun Avşar kəndində "VAZ” markalı iki minik avtomobili toqquşub. "Qafqazinfo” xəbər verir ki, nəticədə avtomobillərdən birinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı avtomobildə aşkarlanan 2 nəfərin yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə zamanı "VAZ 21 099” markalı avtomobildə yanaraq ölən şəxslər rayon sakinləri - 1952-ci il təvəllüdlü Dədəkişiyev Hüseyn Məhəmməd oğlu və 1948-ci il təvəllüdlü Dədəkişiyeva Güllü Telman qızıdır.
Hadisə zamanı digər "VAZ 21 07” markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Məmmədov Orxan İlham oğlu ağır xəsarət alaraq Agcabədi rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan O. Məmmədov Bakı şəhərində yerləşən xəstəxanalarının birinə göndərilib. 


Загрузка...
Загрузка...

Xəbər lenti