Tanınmış vəkildən MTN-in həbsdə olan rəis müavininə qarşı ŞOK ittiham

Tanınmış vəkildən MTN-in həbsdə olan rəis müavininə qarşı ŞOK ittiham

Vəkil Türkel Süleymanlı ləğv edilmiş Mili Təhlükəsizlik Nazirliyinin Baş istintaq İdarəsinin hazırda həbsdə olan sabiq rəis müavini Sahib Ələkbərovun qanunsuz əməllərini ifşa etdi. Vəkilin Criminal.az-a verdiyi məlumata görə, Elçin Abdullayev və digərləri barəsində keçmiş MTN-nin istintaq  idarəsində keçirilmiş istintaq qeyri-qanuni aparılıb. 

İstintaqın cinayət yolu tutduğunu deyən vəkil bildirib ki, Abdullayev Elçin Tariyel oğluna,Zəkiyev Emin Tahir oğluna,Qəniyev Rövşən Ələsgər oğluna,Dadaşlı Mikayıl Elşad oğluna qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə tövsif olunsa da S.Ələkbərov və onun rəhbərliyi maddi maraqlarına görə istintaqı DİN-in müvafiq qurumuna verməyiblər. E.Abdullayev, E.Zəkiyev, R.Qəniyev, M.Dadaşlı və əvvələr onların rəhbəri adlanan Rəhman Musayev Azərbaycan vətəndaşları olsa da, ittiham yalnız onlara verilsə də, ittiham aktı və hökmdə heç bir ABŞ, Rusiya Federasiyası, Hindistan vətəndaşının adı olmasa da onlar “beynəlxalq transmilli mütəşəkkil dəstə” adlandırılaraq məhkum olunublar. 

 İstintaq zamanı Rəhman Musayevi də həbs edən, özü də dəstənin başçısı adlandıran Sahib Ələkbərov ona davamlı təzyiq göstərərək nəhayət külli miqdarda (deyilənə görə 300000 manata yaxın ) pulunu alıb və qətimkan tədbirini dəyişiblər. Lakin yeni dünyaya gəlmiş övladı olan Elçinin, anası onkoloji xəstə olan Eminin, xəstə olan Rövşən və Mikayılın qətimkan tədbirini dəyişməkdən imtina ediblər. 

Sahib Ələkbərov “Azərbaycan Beynəlxalq Bankının” əməkdaşları ilə cinayət əlaqəsinə girib onların guya ki Elçin və Eminin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini yazaraq, 6180 manatın Elçin və Eminin ailəsi tərəfindən ödəməyə məcbur edərək mənimsəyib. 

''Halbuki çoxsaylı tələblərimizə baxmayaraq nə istintaqda, nə də məhkəmə zamanı “Azərbaycan Beynəlxalq Bankı”tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb. Heç bir cinayət epizodu göstərilməsə də, heç bir xarici bank və ya fiziki şəxsin şikayəti,  hətta adı  olmasa da Sahib Ələkbərov Elçin Abdullayevin 140000, Emin Zəkiyevin isə 40000 manat mənimsədiyini yazaraq onları sübutsuz külli miqdarda özgə əmlakını mənimsəməkdə ittiham etib. Onların ailə üzvlərinin “axı heç bir zərərçəkən yoxdur,yaxşı,göstərin bizə zərərçəkənləri, evimizi olsa da sataq ödəyək” deyəndə Sahib Ələkbərov pulun ona ödənməsini tələb edirdi''-deyə vəkil vurğulayıb. 

Criminal.az

Xəbər lenti