Qadını intim fotoları ilə şantaj etdi: Amma 10 min manat alarkən həbs olundu

Qadını intim fotoları ilə şantaj etdi: Amma 10 min manat alarkən həbs olundu
Загрузка...
 Bakıda tanış olduğu qadından hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadını şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hal şahidi və əməliyyatçılar ifadə verib.
Əməliyyatçılar bildiriblər ki, təqsirləndirilən şəxsi zərərçəkmiş qadından pulu alarkən saxlayıblar. Həmin zaman Elvin Ismayılovun üzərinə baxış keçirilən zaman qadından aldığı 10 min manat aşkarlanıb. Məhkəmə prosesində zərəçəkmişlə həbs edilən şəxs arasında gərginlik yaşanıb. Onlar bir-birlərini təhqir ediblər. Məhkəmə hər iki tərəfə xəbərdarlıq edib. Elvin İsmayılov zərərçəkmiş yalan danışmaqda, ona böhtan atmaqda suçlayıb. Zərərçəkmiş qadın isə Elvin "artislik eləmə" deyə cavab verib. Məhkəmənin növbəti iclası 12 sentyabrda keçiriləcək.
İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra aralarında münasibət yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər. Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onun intim şəkillərini sosial şəbəkədə yayacağı, onu biabir edəcəyi ilə hədələyib. Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib.
Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.
Məlum olub ki, Elvin Ismayılov daha əvvəl də bir neçə dəfə Əfsanədən xəstə olması, pulu ehtiyacı olması yalanları ilə pul alıb. İstintaq orqanı tərəfindən Elvin İsmayılovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qoru yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Загрузка...
Загрузка...

Xəbər lenti