Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən gənc saxlanılıb

Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən gənc saxlanılıb
Загрузка...
Sui-qəsd Serbiyada baş verməli idi Serbiyada Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 21 yaşlı Armin Alibaşiç adlı şəxs saxlanılıb.
Rusiya mətbuatının məlumatına görə, A.Alibaşiç vəhhabidir və Putinə qarşı sui-qəsdi yanvarın 17-də Serbiyaya səfəri zamanı həyata keçirməli idi. Onu saxlayan polis patrulu gəncin çantasından şübhələnib və yoxlama zamanı çantanın içindən optik nişangahı olan tüfəng çıxıb. Gəncin evində axtarış zamanı digər silahlar və bomba hazırlamaq üçün avadanlıq tapılıb. Evdə həmçinin İŞİD bayrağı və təşkilatın təbliğat materialları tapılıb.
A.Alibaşiçin kontaktlarının yoxlanılması nəticəsində onun Putinə qarşı aksiya hazırladığı məlum olub.
Polisin məlumatında deyilir ki, "Putin Rusiyanın İŞİD-ə qarşı elan etdiyi müharibəyə görə terrorçuların hədəfindədir”.
Загрузка...
Загрузка...

Xəbər lenti