Prokurorluq feministin intihar cəhdində təqsirli olanları artıq "tapıb" Prokurorluq feministin intihar cəhdində təqsirli olanları artıq

Prokurorluq feministin intihar cəhdində təqsirli olanları artıq
Загрузка...
İstintaqın əsas versiyasına görə, Aysel Ələkbərzadə ayrı-ayrı feminist hərəkatı üzvlərinin qanunsuz aksiyasının qurbanı olub, bu barədə martın 10-da Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 8 mart yürüşünün iştirakçılarından birinin intihar cəhdini şərh edərkən bildirib. Sultanovun sözlərinə görə, istintaq Ələkbərzadənin aksiyada qaldırdığı təxribat xarakterli şüarın kimin təşəbbüsü ilə hazırlandığını araşdırır.
Qanunsuz əməllər törədən şəxslərə qarşı ciddi tədbirlər görüləcək. Xüsusən, aksiyanın təşkilatçıları, fəal iştirakçıları, habelə Rabiyə Məmmədova, Nərmin Şahmarzadə, Xədicə İsmayıl və digərləri ifadə verəcəklər, deyə Sultanov qeyd edib. Öz növbəsində, Azərbaycan feminist hərəkatı bəyanat yayaraq, Ələkbərzadənin aksiyanın təşkilatçıları arasında olmadığını, aksiyada ifadə azadlığı hüququndan istifadə etməklə iştirak etdiyini bəyan edib.
"Hakimiyyətyönlü medianın feministlərin çoxsaylı şüarlarından yalnız birini qəsdən tirajladığını nəzərə alaraq, hökumətin bizə qarşı kampaniya həyata keçirdiyini hesab edirik. Biz yürüşün məqsədini əvvəlcədən bəyan etmişdik və ictimaiyyətin diqqətinin yürüşün əsas məqsədlərindən yayındırılması cəhdlərini pisləyirik", deyə AFH-nin bəyanatında bildirilir.
Jurnalist Xədicə İsmayılova prokurorluğun ona qarşı iddialarının əsassız olduğunu bildirib. "Sən demə, məni təşkilatçısı mən olmadığım aksiyadan sonra tanımadığım qızın intihar cəhdi haqqında dindirməyə hazırlaşırlar. Mənə qarşı artıq 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə üzrə işi saxtalaşdırmışdılar, amma heç nə çıxmadı və əlavə olaraq bu günlərdə AİHM Azərbaycan hökumətinə cərimə qərarı çıxardı. Məni çağırsalar qızın özünü öldürmə həddinə çatdırılmasında əlində plakatla qızı göstərib onun haqqında ağzına gələni deyərək qıza qara yaxan Mirşahindən (Mirşahin Ağayev, Real TV telekanalının rəhbəri) şübhələndiyimi deyəcəyəm", deyə İsmayılova öz Facebook səhifəsində yazıb.
Ələkbərzadə özü xəstəxanada Alternativ TV-yə müsahibəsində intihar cəhdinin səbəbinin bəzi jurnalistlər olduğunu bildirib. Qızın sözlərinə görə, onu əsassız olaraq onlardan birinin həyat yoldaşı haqqında mənfi məlumat yaymaqda, habelə xaricdəki hansısa müxalifətçilərə hansısa audioyazı verməkdə ittiham ediblər. Qız bildirib ki, onun əməlinin 8 mart aksiyası ilə əlaqəsi yoxdur və prokurorluğun adlarını çəkdiyi Xədicə İsmayılova, Rabiyə Məmmədova və Nərmin Şahmarzadənin bunda heç bir rolu yoxdur. Qalmaqallı plakata gəlincə, bu plakatı o, özü yazıb.

Xəbər lenti