Prokurorluq əməkdaşının müəmmalı ölümündə adı hallanan direktor danışdı - İLGİNC TƏFƏRRÜATLAR

09 Aprel 2019, 15:39
09 Aprel
2019
15:39
1884
Türkiyənin Antalya şəhərində səfərdə olan zaman dünyasını dəyişən prokurorluq əməkdaşının ölümündə ittiham olunan şəxslərdən biri də mərhum Emin Hüseynov və onun həyat yoldaşı Elfira Mövsümlüyə səfəri təşkil etmiş turizm şirkətin rəhbəridir. Mərhumun atası Bəybala Hüseynov hesab edir ki, oğlumun ölümündə sifarişçilərin istifadə etdikləri şəxslərdən biri də, onlara istirahət üçün turpaketi təşkil edən "Avanqard Travel” turizm şirkətinin direktoru Yeganə Nağıyevadır.
Keçmiş bələdiyyə sədri ilmuş Bəybala Hüseynov Criminal.az saytına müsahibəsində bildirmişdi ki, oğluna qarşı sui-qəsd planı həmin şirkətdən başlamışdı:
"Səs yazıları da var, onları təqdim edəcəm. Yeganə Tağıyeva da onlar tərəfdəndir. Yeganə xanım bu işin başındadır. Oğluma qarşı edilmiş sui-qəsddə köməkçi rolunda Yeganə xanım gedir. Oğlumu aldadıb dənizə aparan, hadisə baş verəndən hər şeyin təşkilatçısı Yeganə xanımdır. Həmin xanım heç bir əsas olmadan oğlum istirahətdə olduğu zaman, ona mənbəyi və mənşəyi bəlli olmayan yaxtatur gəzintisi hədiyyə edir və oğlumun zəhərləndirilməsi də həmin anlarda baş verir. Bu günə qədər Yeganə Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğunu və kimlər tərəfindən həyata keçirildiyini heç bir halda açıqlamır.
O, əsas gətirir ki, "Mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm və sən bu işi məhkəməyə ver, o halda mən adları məhkəmədə açıqlayacağam” deyir. Bunları təsdiq edən audio-səs yazıları da var. Nə qədər çalışsam da, mən bu günə qədər onun ifadəsini aldıra bilmirəm. Yeganə xanım bu gün də açıqlaya bilmir ki, bu hadisə necə baş verdi, kim tərəfindən edildi. Əslində oğlum istirahətə heç getmək də istəmirdi. Onun həyat yoldaşı necə oldusa, Emini bu işə razı saldı. Hətta oğlum bir dəfə etiraz etmək istəyəndə, qaynanası dedi ki, qızım kiməsə söz verib. Amma kimə söz verib? Niyə mütləq getməli idi? Mən çox narahat idinm və istəmirdim oğlum getsin”.

Yeganə Nağıyeva
İttihamlarla bağlı Criminal.az saytına danışan "Avanqard Travel” turizm şirkətinin direktoru Yeganə Nağıyeva bildirdi ki, prokurorluq işçisinin ölümişində adının hallandırılması haqsızlıqdır:
"Mərhum Emin Hüseynov heç vaxt mənim şirkətimə gəlməyib. Emini ikinci dəfə idi səfərə göndərirdim. Məlum hadisədən bir il əvvəl bal ayına göndərmişdim. Bal aylarında fərdi taransferlə tur təşkil etmişdim, otaqlarını bəzətdirdim. Heç özü ilə şəxsi tanışlığım olmayıb. Bizdən turu onların sürücüsü Balakişi müəllim alıb. Mən öz işimi görmüşəm. Sadəcə sürücüləri həmişə xahiş edirdi ki, müdürinin oğludur, elə edin narazı qalmasınlar. Antalya səfərində də yaxt-tur təşkil etmişəm, atası yapışıb həmin turdan. Bəybala müəlimin özü turist səfərində olmayıb, ona görə də başa düşmür. Bu sahədə adi bilgisi də yoxdur. Heç kim bilmir ki, yaxt-turu kim təşkil edib aparacaq. Dönə-dönə dedim ki, sizin bu işdə hansısa şübhəniz varsa, otelin kamera görüntülərinə baxın ki, kim gəlib aparıb, araşdırın. Həmin adamlar desin ki, Yeganəni tanıyıram. Mənim nəyimə lazımdı, yay dövrüdür, gündə yüzlərlə müştərim gəzməyə gedir. Absurd bir şeydi. Mənim nəyimə lazımdı onun oğlunun ölümünü təşkil etmək".
Emin Hüseynovun ölüm anı
Şirkət rəhbərinin sözlərinə görə, Eminin xəstə olduğunu bilə-bilə sığorta şirkətindən onun cənazəsinin gətirilmə pulunu ödəməyi tələb edib: "O adamın qara ciyəri dəyişilmişdi, atası bunu açıb-ağartmır. Gedin Atəşgah sığorta şirkətindən öyrənin. Bizim etdiklərimizin qarşısında onun dedikləri adama qəribə gəlir".
Y.Nağıyeva ölüm işində adı hallandırılan və soyadlarının eyni olmasına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevlə qohumluq əlaqələrinin olması kimi ittihama da cavab verib:
"Nağıyeva yoldaşımın soyadıdır, Şirvan Şirvan rayonundandır. Özümün ata soyadım Həsənovadır. Araşdırsın görsün ki, Əli Nağıyevə qohumluğumuz var, ya yox. Bu mənim üçün yeni fakt oldu. Mənim nə böyüklərlə oturub-durmuram, nə də kiminsə ölümündə iştirakım var. Araşdırsın görək nə qohumluq tapır. O adam Antalyada da bu işi qaldırdı, gördü bir şey çıxmır, indi burda başlayıb. Mən belə başa düşürəm ki, o insan üçün əsəs pul idi. Bayılın bu günə qalmasının səbəbkarı Bəybala Hüseynovdur".

Emin Hüseynov və həyat yoldaşı Elfira Mövsümlü
"O mənə nə desə belə, övladını itirmiş valideyn kimi, başa düşməyə çalışırdım. Bu ölüm işi ilə bağlı dindirilmişəm. Heç o adam bildirməmişdi ki, oğlunda qara ciyər transplantasiyası olub. Deyir ki, guya qanında zəhərlənmə çıxıb. Bunu nə ilə əsaslandırır? Bu ölüm işi oyuncaq söhbət deyil. Deyir ki, oteldən kim gəlib aparıb oğlumu? Deyirəm ki, bunun görüntüləri var. Şikayət et, Türkiyədə araşdırsınlar. Türkiyədə də Emin Hüseynovun ölümü ilə bağlı zəhərlənmə rəyi verilməyib. Orda göstərilib ki, hansısa maddə qanında çox çıxıb. Bu zəhərlənmədən də ola bilər, hansısa dərmandan da. Bunun bir neçə səbəbi var. Gah dedi ki, gəlinim zəhərləyib. Deyirəm ki, telefon danışıqları var, cavab verir ki, telefondan silinib. Öz gəlinindi, mənə aidiyyəti var? Onlar yaxta da heç yemək də yeməyiblər. Bəs onu mən necə zəhərlətdirə bilərəm? Zəhərlənsəydilər ikisi də zəhərlənərdilər də. Mən işimlə məşğulam. Əlində dəqiq sübut tutsun" -deyə Y.Naıyeva özü haqda səsləndirilən ittihamlara cavab verdi.
Şirkət direktoru sonda əlavə etdi ki, onun ölüm işi ilə heç bir bağlılığı yoxdur, barəsində deyilən ittihamlar absurddur: "Emini bir müdət əvvəl qanaxma ilə İstanbula aparmışdılar. Onda mənə gecə vaxtı ağlaya-ağlaya zəng etmişdilər. Bilet tamağımı istəyirdilər, onda pis deyildim, indi oğlu öləndən sonra deyir mənim də əlim var. Mən hər kəsə tur təşkil edirəm, amma bilmirik ki, bu hansı şirkətdir. Turlar Bakıda bir operator şirkətindən alınır. Biz hamımız onlardan alırıq. Türkiyədə də bizim şirkətin adı getmir. Bizim Azərbaycandan turu aldığımız şirkətin adı gedir. Yenə də araşdırsın".

Bəybala Hüseynov
Yada salaq ki, Y.Nağıyeva E.Hüseynovun ölümündə günahkar kimi ittiham olunan tək şəxs deyil. B.Hüseynov oğlunun ölümündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyev, gəlini Elfira Mövsümlünü də günahkar sayır.
B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və 200 min ABŞ dolları məbləğində pul qarşılığında oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
Prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarına isə Baş Prokurorluq heç bir münasibət bildirməyib. Lakin Bəybala Hüseynov 3 aprel 2019-cu il tarixdə Baş Prokurorun 1-ci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Cəmiyyət
Qarabağ qazilərinə sağlamlıq bəxş edən tibb ocağı satılır: "Hansısa məmur müalicə yerimizdə restoran açır"
-
Manşet, Foto, Video, Cəmiyyət
"Oğlumu 30 nəfər 5 saat döyüb, indi deyirlər, polisi bağışla..."
-
Manşet, Foto, Video, Cəmiyyət
Azərbaycanda tanınmış məhkəmə sədri öz nəvəsini oğurlatmaq istəyir - ŞOK QALMAQAL
-
Manşet, Foto, Video, Cəmiyyət
Seçici qarşısında baş əyən YAP-çı namizəd "Gelandewagen"lə yol kəsib: "Adamı ağzından atarlar"
-
Manşet, Foto, Video, Cəmiyyət
Kəmaləddin Heydərov polkovniki “cinçıxarma ritualı”na görə işdən qovub
-
Manşet, Foto, Video, Cəmiyyət
"Sumqayıtdaki gimnaziyada şagird nə döyülüb, nə də gözü kor olub" - Məktəb direktoru
-
Manşet, Foto, Video, Cəmiyyət
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?"
-
Sənəd, Manşet, Foto, Video, Cəmiyyət
Zakir Qaralovun keçmiş köməkçisinin qardaşı oğlu həbsxanadan iş adamını hədələdi: "Səni bitirmədən..."
-
Manşet, Foto, Video, Cəmiyyət
Kərəm Həsənova şok ittiham: "2 milyon manat qarşılığında bu cinayətə razılıq verib..."