Prokurorluq dörd jurnalistin ölkədən çıxma qadağasını ləğv edib

Prokurorluq dörd jurnalistin ölkədən çıxma qadağasını ləğv edib
Загрузка...
Bazar ertəsi dörd jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı Mübarizə İdarəsinə dəvət olunub. Onlara 4 il (2015-ci ildən) qüvvədə olan ölkədən çıxış qadağasının ləğv edildiyi bildirilib.
"Bizi Baş Prokurorluq İdarəsinin rəisi Eldar Əhmədov dəvət edib və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış qadağasının ləğv edildiyi barədə öz imzaladığı bildirişi təqdim edib", deyə jurnalist Natiq Cavadlı Turan agentliyinə bildirib. Ondan başqa İzolda Ağayevaya, Səlimə Cəlilovaya və Rasim Qaraça da belə bildirişlər verilib.
Yaxın gələcəkdə nə vaxtsa "Meydan TV" üçün materiallar hazırlamış ən az 8 jurnalistin də ölkədən çıxış qadağasının ləğv ediləcəyi gözlənilir. Xatırladaq ki, ölkədən çıxış qadağası Berlində yerləşən "Meydan TV" internet resursu ilə əməkdaşlıq edən bir qrup jurnalistə qarşı cinayət işi ilə əlaqədar tətbiq edilmişdi. Bütün bu illər ərzində 10-dan çox jurnalist vaxtaşırı Baş Prokurorluğa dindirməyə çağırılır, burada onlardan "Meydan TV"nin maliyyələşmə mənbəyini açıqlamaları tələb olunurdu. Bir çox beynəlxalq təşkilatlar "Meydan TV" ilə əməkdaşlıq etmiş jurnalistlərin hüquqlarının pozulmasına görə hakimiyyəti kəskin tənqid ediblər.
Загрузка...
Загрузка...

Xəbər lenti