Prokurorluq ailədə şiddətə reaksiya verməyə başlayıb

Prokurorluq ailədə şiddətə reaksiya verməyə başlayıb
Загрузка...
Bakı Polisi və Prokurorluq sosial şəbəkələrdə ərin arvadı döyməsi, nəticədə qadının xəstəxanaya düşməsi haqqında yayılan xəbərlərlə bağlı məlumat yayıb. Bakı Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun birgə press-relizində oktyabrın 25-də 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzər Rövşən qızının kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Şahidlər müəyyənləşdirilib və dindirilib, müvafiq ekspertizalar təyin edilib. Ailə münaqişəsi zəminində qadına bıçaq xəsarəti yetirmək şübhəsi ilə əri Rafail Tanrıverdiyev saxlanılıb. Müdafiəçinin iştirakı ilə dindirilmə zamanı o, həyat yoldaşına bədən xəsarəti yetirdiyini etiraf edib.
Xatırladaq ki, son zamanlar Azərbaycanda məişət zorakılığı zəminində bir sıra rezonans doğuran cinayətlər baş verib. Əvvəllər hüquq-mühafizə orqanları bu cür cinayətlər haqqında məlumatlara açıq reaksiya vermirdi. Oktyabrın 20-də Bakıda qadın fəallar məşiət zorakılığına qarşı etiraz aksiyası təşkil ediblər. Onlar hakimiyyətdən qadınları ailədaxili şiddətdən qorumağı tələb ediblər. Amma polis aksiyanı dağıdaraq, təşkilatçıları saxlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti