Prokurora sərt sözlər deyən ata tutulub - "Məni məcbur edirdilər ki..."

 Prokurora sərt sözlər deyən ata tutulub -
Загрузка...
Cəlilabad sakini Saməddin Məmmədovun səsləndirdiyi sərt sözlər rayon prokuroru Tariyel Ələkbərovu qəzəbləndirib. Bu barədə Criminal.az saytına açıqlama verən S.Məmmədovun özü Criminal.az saytına açıqlamasında bildirdi ki, həbsdə olan oğlu Amid Məmmədovun üzərinə oğurluq cinayəti atdığına görə prokuror T.Ələkbərov haqqında sosial şəbəkədə çıxış etdikdən sonra tutulub: "Neçə gün idi məni saxlamışdılar. 3 gün idi içəridə idim. Məni məcbur edirdilər ki, çıxıb youtube-də çıxış edim ki, səhv etmişəm, kimlərinsə təsiri altına düşmüşəm. Üzr istəməyimi istəyirdilər. Mən razılaşmadım. Müvəqqəti buraxılmışam, nə qədər desələr də izahat yazmadım". 
Xatırladaq ki, S.Məmmədov bir neçə gün əvvəl "youtube" sosial şəbəkəsində çıxış edərək Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun onun iki oğlunu da şərləyərək tutdurmaq istədiyini bildirmişdi"Rüşvət bunların gözün necə tutub ki, cəzaçəkmə müəssisəsində cəza çəkən adamı cinayətdə suçlayır. Ay kişi, oğlum 2016-cı ildən həbsxanadadır. Sizin gözünüzü pul tutub, korrupsiya tutub".
S.Məmmədov bildirmişdi ki, oğlu Amid Məmmədov 2016-cı il də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib: "Həmin gündən həbsxanadadır, azadlığa buraxılmasına cəmi 6 ay qalıb. Digər oğlu Nahid Məmmədov isə hərbi xidməti başa vurandan sonra Türkiyəyə gedib. Bir neçə gün əvvəl Azərbaycana qayıdanda sərhəddə saxlanılıb. Ona bildirilib ki, Cəlilabad rayonunda baş vermiş oğurluğa görə axtarışa verilib. Araşdırıblar ki, oğurluq zamanı Nahid Türkiyədə olub. Baş prokuror və prezidentə müraciət etdim ki, ailə üzvlərim oğurluqda ittiham olunur. Rayonda nə oğurluq olsa ya mən, ya da oğlanlarım günahlandırılır. Tariyel Ələkbərov mənə yazıb ki, oğlum Amid oğurluq edib. Prokuror tərəfindən göndərilən məkubda deyilir ki, 23 noyabr 2017-ci ildə naməlum şəxslər Mübariz Məmmədova məxsus mağazanın qapısını sındıraraq 5179 manat dəyərində avomobil ehtiyyat hissələri və 400 manat pul oğurlanıb. Axı 2016-ci ildə özüm Amidi aparmışam Nəsimi rayon məhkəməsinə. Hakim Babək Pənahovla razılaşmamışıq, o da Amidi tutub. İndi isə Nahid barədə cinayət təqibinə xitam verilib, amma Amidlə bağlı iş gedir. Amid isə neçə ildir həbsxanada cəza çəkir". 
Загрузка...
Загрузка...

Xəbər lenti