Prokuror “Ağdam bandası”nın başçısına cəza istəyib - Tanınmış aktyorun qardaşıdır

Prokuror “Ağdam bandası”nın başçısına cəza istəyib - Tanınmış aktyorun qardaşıdır
Загрузка...
 Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada silsilə qətllər törətməkdə və sifariş etməkdə təqsirləndirilən, "Ağdam bandası” qruplaşmasının başçısı, 57 yaşlı Murad Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Criminal.az-ın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək M.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, M.Məmmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam ödürmə), 209 (quldurluq), 162 (soyğunçuluq), 163 (şantaj yolu ilə mənimsəmə) və 222-ci (qanunsuz olaraq silah saxlama, daşıma, ötürmə) maddələri ilə ittiham olunaraq 2010-cu il axtarışa verilib və 2016-ci il fevralın əvvəlində Azərbaycanda tutulub.
Paytaxtın Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rusiyanın 2010-cu ildən "İnterpol” vasitəsilə beynəlxalq axtarışa verdiyi 1962-ci il təvəllüdlü, Ağdam rayonun Salahlı kəndindən olan Murad Məhəmməd oğlu Məmmədov həbs edilib.
Murad Məmmədov Sankt-Peterburqda üç nəfərin qətlinin sifarişçisi olub. 2009-cu ildə Rusiyada silsilə qətllərdə təqsirləndirilərək saxlanılan üç azərbaycanlı – Əlibala Əliyev, Kamil Qurbanov və Zamin İsayev 24 il müddətinə azadlıqdan məhrum ediliblər.
Araşdırmalar zamanı məlum olub ki, "Ağdam bandası” qruplaşmasının başçısı Murad Məmmədov həmin vaxt Zamin İsayevə 300 min rubl verərək başqa bir azərbaycanlını öldürməsini istəyib. Z.İsayev bu iş üçün Əlibala Əliyev və Kamil Qurbanovla əlbir olub. Qanunsuz olaraq silah əldə edən dəstə üzvlərindən Əlibala Əliyev yanlışlıqla başqa adamı öldürüb. Bir neçə ay sonra Zamin İsayev özü Murad Məmmədovun sifariş etdiyi şəxsi öz evində güllələyərək öldürüb. M.Məmmədovun rəhbərlik etdiyi cinayətkar qruplaşmanın başqa dörd nəfər üzvü beş adamın qətlində günahlandırılıblar və Leninqrad vilayəti Hərbi Məhkəməsi tərəfindən onlara hökm oxunub.
Bandanın 4 nəfərdən ibarət olan bu dəstəsi ərzaq satışı şəbəkəsinin qızı, 22 yaşlı Rumiyə Kərimovanı qətlə yetiriblər. Cinayətin törədilməsində şübhəli bilinən Elnur Qafarov və Samir Məmmədovu saxlanılıb. Onlar qızın qətlinin atası Qafar Kərimov tərəfindən sifariş verildiyini deyiblər.
Bildiriblər ki, atası qızının əxlaqsız hərəkətlərinə görə onun öldürülməsini sifariş edib. Bu ifadədən sonra Qafar Kərimov həbs olunub, lakin cinayətin əsl mahiyyəti üzə çıxanda o sərbəst buraxılıb. Məlum olub ki, Murad Məmmədov həmin sahibkar Qafar Kərimovdan himayə olunması üçün haqq tələb edib. Buna əməl etməyən Q.Kərimovun öncə maşını yandırılıb, sonra isə qızı öldürülüb. Qətldə, şantajda və avtomobili yandırmaqda təqsirləndirilən dəstənin digər üzvləri də saxlanılıb.
Criminal.az xatırladır ki, ''Ağdam bandası''nın həbs olunan rəhbəri tanınmış aktyor Kamal Dənizin qardaşıdır. "Ağdam bandası”nın üzvlərindən biri isə Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenant Ədalət Əmrahov olub.
Загрузка...
Загрузка...

Xəbər lenti