Prezidentin sabiq köməkçisinin qardaşı oğlunun məhkəməsində modelyer vuruldu: ''Bar tanışlığı'' atmacası, ''obezyan''a bənzətmə...

Prezidentin sabiq köməkçisinin qardaşı oğlunun məhkəməsində modelyer vuruldu: ''Bar tanışlığı'' atmacası, ''obezyan''a bənzətmə...
Загрузка...
Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovanın şikayəti əsasında cinayət işi başlanılmış Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun məhkəmə prosesində dava düşüb. Criminal.az xəbər verir ki, ötən məhkəmə prosesində hakim Mirzə Xankişiyev tərəflərə barışmaq üçün vaxt versə də, məlum oldu ki, tərəflər arasında heç bir barışıq əldə olunmayıb.
Zərərçəkən Leyla Əhmədova bir neçə bənddən ibarət olan vəsatətini məhkəmədə oxudu. O, vəsatətində ötən məhkəmə prosesində Nizami Ağayevin onu bardan tanımağı ilə bağlı araşdırma aparılmasını istədi. Çünki N.Ağayev ötən prosesdə hakimin ''Leyla Əhmədovanı hardan tanıyırsan'' sualına ''onunla ''10-33'' gecə klubunda tanış olmuşam'' cavabını vermişdi. L.Əhmədova vəsatətində Nizami Ağayev tərəfindən təzyiqlərə məruz qaldığını məhkəmənin nəzərinə çatdırdı.
Eyni zamanda hazırda həbsdə olan Ceyhun Eyvazovu "obizyan" adlandırdı. Fikrini belə əsaslandırdı ki, ''obizyan'' Allahın yaratdığı heyvandı, Ceyhun da 2014-cü ildə meymun kimi hoppana-hoppana onun icarəyə götürdüyü obyektdə işgəncələrə məruz qoyub.
 
Nizami Ağayev 
Bundan sonra Azər Lüfəliyevin mudafiəçisi Bəylər Məmişov öz vəsatətini hakimə təqdim etdi. Ancaq Leyla Əhmədova onun vəsatətini qəbul etmədiyini bildirərək həmin kağızı cırıb. Bunun qarşılığında isə vəkil Bəylər Məmişov onun üzərinə qalın qovluğu atıb. Tərəflər arasında davanın qarşını hətta məhkəməyə sədrlik edən hakim də sakitləşdirə bilməyib. Hətta məhkəmə nəzarətçiləri də mübahisənin qarşını ala bilməyib. Məhkəmədən çıxan Leyla Əhmədova xəsarət aldığından təcili yardıma müraciət edib. Həkimin verdiyi ilkin rəyə görə modelyer kəllə-beyin xəsarəti alıb. 

Azər Lütfəliyev 
Məsələ ilə bağlı Criminal.az saytına danışan B.Məmişov bildirdi ki, ötən məhkəmə iclasında irəli sürdüyüm vəsatəti L.Əhmədova cıraraq ona atıb və təhqir etməyə başlayıb: "Biz heç bir qanunsuz hərəkət etməmişik, Leyla Əhmədovaya isə xəsarət yetirməmişəm".
Buna da bax: Modelyer Leyla Əhmədovanı "qanuni oğrular"a kim sifariş etdi? - Prezidentin sabiq köməkçisinin qardaşı oğlunun CİNAYƏT İŞİ
L.Əhmədova isə Criminal.az saytına məhkəmədə vurulmasını belə təsvir etdi: "Məhkəmədə müzakirə gedirdi. Bəylər Məmişov mülki işimə aid vəsatər qaldırmışdı ki, guya Leyla Əhmədovadan mülki qaydada 104 min manat pul udub. Hakim dedi ki, bu işin cinayət işinə aidiyyatı yoxdur. Mən də bildirdim ki, hakimlərə pul verərəq fırıldaq yolu ilə qərarlar çıxartdırırlar. Mən də hirsli idim. Həmin vəsatəti çıraraq atdım və vəkilə bildirdim ki, bu da 104 min manat, alarsan məndən... Bəylər də mənlə üzbəüz  oturmuşdu. Qəflətən qalxaraq dəri qovluğu düz sifətimə çırpdı. Eynəyim düşdü, burnumu zədələdi. Sonra Bəylər məni və nəslimi söydü. Polis bizi aralaşdırdı. Başım gicəllənirdi, təcili yardım çağırdım. Burnum və gözümün altı göyərib. 102-yə zəng etmişdim, polis gəlib İzahatımı aldı. Ekspertizaya getmək üçün göndəriş verdilər. Nəfəs ala bilmirəm''.  

Загрузка...
Загрузка...

Xəbər lenti