Prezidentin 2 il əvvəl açılışını etdiyi yol dağılıb Prezidentin 2 il əvvəl açılışını etdiyi yol dağılıb

Prezidentin 2 il əvvəl açılışını etdiyi yol dağılıb
Загрузка...
 "2018-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən açılışı olan Giləzi Xızı avtomagistralını Fındığan kəndi ilə birləşdirən yol bərbad vəziyyətə düşüb". Bu sözləri Yeniavaz.com-a şikayətində Xızı rayon sakini Həşim Qədirov bildirib. O yolun bərbad hala düşməsi ilə bağlı video görüntü də göndərərək qeyd edib ki, təmir üçün həmin yola 2 milyon manat pul ayrılmışdı:
"2018-ci ildə cənab Prezident Xızı rayon Fındığan kəndinin yoluna 2 milyon manat pul ayırdı. Yol təmir olundu, açılışına da cənab Prezident gəldi. Açılışdan bir il sonra yol pis günə qaldı, başladılar yolu qazımağa. İndi həmin yol bərbad hala düşüb. Həmin əraziyə bir işarə belə qoymurlar ki, sürücülər xəbərdar olsunlar ki, yol dağılıb. Bir neçə gün öncə gecə o yolda mənim avtomobilim çalaya düşdü, parça-parça oldu. Kimə deyirik baxan yoxdu". 
Həşim Qədirov Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdan da şikayətlənib: "İcra başçımız Xəzər Aslanovdu, kim rayondan şikayət edirsə, dövlət işində işləyən nə qədər qohumu varsa işdən çıxartdırır, hətda həbs etdirir. Ayrılan yardımdan da çox adama düşmür, ancaq deyir hamısı mənim olsun. Mən əhd eləmişəm ki, İcra başçımızı rayondan çıxartsınlar qurban kəsəcəm". 
Xızı rayon İcra Hakimiyyətindən Yeniavaz.com-a bildirdilər ki, yolun bərbad olması ilə bağlı onlara heç bir məlumat daxil olmayıb:
"Yol yeni təmir olunub oranın dağılması ilə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bizə məlumat verilsə biz də aidiyyəti üzrə qurumlara göstəriş verərik cari təmir işləri apararlar əgər həmin yol həqiqətən də dağılıbsa".
Həşim Qədirovun Xızı İcra başçısıdan şikayət edənlərin qohumlarının işdən çıxarılması, həbs olunması ilə bağlı ittihamlarının isə əsassız olduğunu bildirdilər: "Elə bir şey yoxdur. Vətəndaş zəng edib hər şey deyə bilər. Onun ittihamları əsassızdır".

Xəbər lenti