"Həm narkomanam, həm də oğru, 10 il də yatmışam..."

Загрузка...

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları Sumqayıt şəhəri, Corat qəsəbə sakini Elşən Talıbovu rayon ərazisində şübhəli şəxs qismində saxlayıb. İdarədə Talıbovun üzərinə baxış zamanı ondan narkotik maddə olan marixuana aşkar olunaraq götürülüb. 39 yaşlı Elşən Talıbov daha öncə 14 il həbs yatdığını deyir. 2014-cü il, dekabr ayının 30-da həbsdən çıxdığını bildirir. Uzun müddətdir ki, narkotik istifadəçisi olduğunu deyən Elşən bu dəfə də “ağ ölüm”ə tamah salıb:

 "5-6 ildir narkotik istifadəçisiyəm. Əvvəllər də tutulmuşam. 10 manat pulum var idi, getdim bir dənə aldım, Nəsimi bazarının yanından. İstifadəçisiyəm də, xəstəyəm. Saray yolunda tutdular məni".

 İdarədə aparılan istintaq zamanı məlum olub ki, Elşən Talıbovun cinayət əməlləri bununla da bitmir. Belə ki, o, işlədiyi yerdən tikinti materiallarını da oğurlayıb. "İşlədiyim yerdən direl götürmüşəm, bir dənə də laqonda. Lazım idi, ona görə götürdüm, işlədib qaytaracaqdım" - deyə saxlanılan şəxs bildirib. İndi Elşən Talıbovun yolu yenə həbsdən keçəcək. 11 ay 16 gündən sonra... 

 Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır ("Region" TV).

Xəbər lenti