Prezident İlham Əliyev ödənilməyən kreditlər probleminin həll olunacağını bildirib

Prezident İlham Əliyev ödənilməyən kreditlər probleminin həll olunacağını bildirib
Загрузка...

2019-cu ilin yanvarında Azərbaycanda ÜDM 3% artıb. Bu, son 2-3 ildə ən yüksək göstəricidir. Bu barədə prezident İlham Əliyev bu gün iqtisadi islahatlara həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templə davam etdiriləcək. Makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi bir ildən çoxdur ki, sabit olaraq qalır.

Sonra prezident büdcə gəlirlərinin kəskin artdığını qeyd edib. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə 20 milyon manatdan çox vəsait toplayıblar və yanvarda ümumi daxilolmalar 105 milyon manat artıb.

Əhalinin sosial müdafiəsilə bağlı addımlardan danışan İ.Əliyev deyib ki, 11 min manat kompensasiya veriləcək şəhid ailələrinin sayı 9500-dən 12 200-dək artıb. Bununla yanaşı hər il həmin kateqoriya üzrə aylıq müavinət 242 manatdan 300 manatadək artırılıb.

Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər tikilmişdisə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillər təmin ediləcək. Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin edilib.

Martın 1-dən minimum əməkhaqqı 130 manatdan 180 manatadək artırılıb. Bu, 600 min insanı əhatə edir.

Minimum pensiyaların məbləği 116 manatdan 160 manata qədər artıb. Bu, 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq.

Dövlət başçısı yeni tikilmiş bunaların istismarına icazə verilməsinin sadələşdiriməsi ilə bağlı imzaladığı fərmana da toxunub

Bakıda 400 çoxmənzilli binada təxminən 60 minə yaxın əhali yaşayır. Həmin mənzillərin sahibləri uzun illərdir ki, daşınmaz əmlakla bağlı sənədləşmə işlərini apara bilmirlər. Fərman bu məsələnin həllinə kömək edəcək.

Bundan əlavə, 100 mindən çox tələbənin təqaüdü artırılıb

"Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır", - prezident qeyd edib. Onun sözlərinə görə, bu məsələ ötən ildən dövlət sviyyəsində müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilib, təkliflər paketi hazırlanır. İşçi qrupu iki aydan çoxdur ki, təkliflər üzərində iş aparır.

İ.Əliyev ümidvar olduğunu bildirib ki, yaxn zamanlarda bu məsələ də öz həllini tapacaq. "Anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir", - prezident vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bəzi addımlar artıq atılıb. Minimum əməkhaqqının, pensiyanın, tələbələrin təqaüdlərinin artırılmasından sonra sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq və 500 min adamı əhatə edəcək. Təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. "Əminəm ki, 2019-cu il Azərbaycan üçün uğurlu il olacaq", -İ.Əliyev vurğulayıb.

Загрузка...
Загрузка...

Xəbər lenti