Prezident Administrasiyasının sabiq şöbə müdiri Almaniyada da biznes qurub Prezident Administrasiyasının sabiq şöbə müdiri Almaniyada da biznes qurub

Prezident Administrasiyasının sabiq şöbə müdiri Almaniyada da biznes qurub
Загрузка...
Prezident Administrasiyasının (PA) sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.
Jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb.
 
PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir. Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir.
Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.

Xatırladaq ki, C.Həsənli bundan əvvəl Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, PayZəkat ödəmə sistemi yaradaraq ianələr yığması barədə məlumatları yaymışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti