Polşa həbsxanasında aclıq edən azərbaycanlı Qırmızı Xaç Cəmiyyəti üzvləri ilə görüşmək istəyir

Polşa həbsxanasında aclıq edən azərbaycanlı Qırmızı Xaç Cəmiyyəti üzvləri ilə görüşmək istəyir
Загрузка...
Almaniyadan deportasiya olunduğu üçün Polşaya sığınan azərbaycanlı Vüsal Fazil oğlu Şəfiquliyevin aclıq aksiyasına başladığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər.
Bildirilir ki, əslən Bərdə rayonunun Türkmən kənd sakini olan 40 yaşlı Vüsal Şəfiquliyev Polşaya çatan kimi həbs edilib. Buna səbəb kimi 5 ay Almaniyada qanunsuz yaşaması göstərilib:
"5 gün bundan öncə gecə saat 3-də Almaniyanın Euskirchen şəhərindən kampdan gəlib deport ediblər Polşaya. Polşaya gedən kimi bunu tutub salıblar həbsə, deyiblər ki, guya o, Almaniyada 5 ay qanunsuz qalıb. Birinci gün çox pis şəraitdə saxlanılıb, sonra başqa bir yerə salıblar. Onun isə ayaqları yaradır və ağrı verir. Həkimə aparıblar, həkim dərman yazıb və deyib ki, bura özəl müəssisədir, pulun varsa, müalicə edim. İndi vəziyyəti heç də ürəkaçan deyil”.
Yaxınının sözlərinə görə, Vüsal Şəfiquliyev Azərbaycanda şərlənərək həbs edilib. İddiaya görə, o, yaşadığı evin həyətində çətənə kolları əkib.
"Hal şahidi yox, sübut yox, yenə də icbari həbs cəzası kəsdilər. O da Polşa vizasıyla Budapeştə, oradan da Almaniyaya getdi. Almaniyada dedilər ki, Azərbaycanda həbs olunmağına dair sənədləri tərcümə etdir, Avropa Məhkəməsinə şikayət edək, deyək ki, qanunsuz tutulub və Azərbaycana getsə, onun haqda cinayət işi yenidən açılacaq. O sənədləri tərcümə etmək üçün bizdən tanışlıqla 500 avro istədilər, bizdə də pul olmadığına görə tərcümə etdirə bilmədik. İndi də Polşada həbsdədir, aclıq aksiyası keçirir, 5 gündür çörək yemir, vəziyyəti pisdir”.
Vüsal Şəfiquliyevin tələbi Qırmızı Xaç Cəmiyyətinin üzvləri ilə görüşməkdir. Meydan TV Bərdə Rayon Məhkəməsinin və Gəncə Apelyasiya Məhkəməsinin qərarlarını əldə edib.
Məhkəmə qərarlarından bəlli olur ki, o, 1 il müddətinə azadlıqdan məhrum edilib, cəzasının 5 ay 1 gününü ev dustaqlığında çəkib, sonrakı müddət isə apelyasiya şikayəti əsasında 2 ay 29 günə endirilib. Cəzası başa çatdıqdan sonra isə Vüsal Şəfiquliyev ölkəni tərk edib.
Загрузка...
Загрузка...

Xəbər lenti