Polkovnikin nəvəsi intihar etdi Polkovnikin nəvəsi intihar etdi

Polkovnikin nəvəsi intihar etdi
Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən polkovnik Hamlet Hüseynovun nəvəsi intihar edib. "Qafqazinfo” xəbər verir ki, hadisə oktyabrın 23-ü səhər saat 10 radələrində Bakının Nəsimi rayonunda baş verib.
1985-ci il təvəllüdlü Məmmədova Nigar Süleyman qızı 28 May küçəsi: 10 ünvanında - yaşadığı mənzildə özünü asıb. N. Məmmədovanın hansı səbəbdən intihar etməsi ilə bağlı hazırda məlumat yoxdur.
Nəsimi Rayon Prokurorluğunda intihar faktı ilə bağlı araşdırmalar aparılır. Stomatoloji klinika rəhbəri olduğu bildirilən N.Məmmədova həmçinin bloqer fəaliyyəti ilə də məşğul olub.
Məlumata görə, N.Məmmədovanın atası Süleyman Məmmədov uzun müddət gömrük orqanlarında çalışıb. 



Xəbər lenti