Polislərin yumoristik videosunu hazırlayan dizayner “Bandotdelə” aparılıbmış

Polislərin yumoristik videosunu hazırlayan dizayner “Bandotdelə” aparılıbmış
Загрузка...
 Atası: "Səhər işə gedib və indiyə qədər ondan xəbər yoxdur”
Fevralın 16-da Mərkəzi Seçki Komissiyasının binası qarşısında keçirilən aksiyada polislərin düzülüşünü yumoristik formada "Yallı" rəqsinə bənzədib, videosunu hazırlayan dizayner Rəsul Həsənin yoxa çıxdığı bildirilir. Bu barədə onun atası Elşən Həsən məlumat yayıb. O, oğlunun səhər işə getdiyini, amma indiyə qədər ondan xəbər çıxmadığını bildirib. "Bilənlər varsa, xəbər etsin lütfən. Köməklik etsəniz, minnətdar olardıq”,- Elşən Həsən belə yazıb.
Rəsul Həsənin Yasamal rayonunda yaşadığı, Nərimanov rayonunda işlədiyi bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə olaydan xəbərdar olduğunu və araşdırdıqlarını deyib.
 ++++
 Rəsul Həsən sərbəst buraxılıb. Bu barədə onun atası Elşən Həsən Meydan TV-yə deyib. O bildirib ki, oğlu saxlanılarkən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel”) aparılıb: "Oğluma işgəncə verməyiblər. Amma bu hadisə insan oğurluğu kimi qiymətləndirilməlidir. Mənim ailəmə artıq üçüncü təzyiq hadisəsidir. İndiyə qədər bu barədə danışmamışdım. Bundan sonra hər şeyi cəmiyyətə açıqlayacam”. Rəsul Həsənin sosial şəbəkələrdə olan qeydləri də pozulub. 

Xəbər lenti