Polislərin piyadaları cərimələmələrinə son qoyuldu

Polislərin piyadaları cərimələmələrinə son qoyuldu
Загрузка...
 "Piyadalara nəzarət müasir texniki vasitələrin imkanlarından istifadə edilməklə həyata keçiriləcək”
Yolun müəyyən olunmamış yerlərində piyadaların keçməsinə nəzarət edən post-patrul xidmətinin inspektorlarının fəaliyyətinə xitam verilib. "Report” xəbər verir ki, bunu Daxili İşlır Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib.
E.Zahidov xatırladıb ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib:
"O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar”.
E.Zahidov bildirib ki, eyni zamanda, nazir V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verib.
Загрузка...
Загрузка...

Xəbər lenti