Polisin "intihar etdi" dediyi gəncin bədənində işgəncə izləri - "Balamı öldürüb meyidini verdilər..." Polisin Polisin

Polisin
Загрузка...
Bir neçə gün əvvəl Şəki şəhər Polis Şöbəsində intihar etdiyi deyilən Qalib Məmmədovun ölümü ilə bağlı şübhəli məqamlar üzə çıxıb. Criminal.az xəbər verir ki, bu il mayın 11-də səhər saatlarında yuxudan oyadılaraq narkotik ittihamı ilə zorla polisə aparılan Q.Məmmədovun ölümündən sonra çəkilmiş fotolardan onun bədənində işgəncə izlərinin olduğu görünür. 

Mərhumun anası deyir ki, oğlunu yatdığı yerdən polislər zorla, sürüyərək aparıblar. Ananın sözlərinə görə, oğlundan xəbər bilmək üçün polis şöbəsinə getsə də, ona heç bir məlumat verməyiblər, Elə həmin gün 17:30 radələrində oğlunun meyidini ona təhvil veriblər, Anasının və yaxınlarının iddiasına görə, Qalib Məmmədovu vurub öldürüblər: "Mənim oğlumu döyüb öldürüblər. Polisdən də morqa aparıblar. O, heç kimə heç nə eləməyib. Bu vaxta qədər polisə düşməyib. Niyə balamı öldürüb meyidini verdilər mənə?”. 

Hüquq müdafiəçisi Oqtay Güləliyev Criminal.az saytına bildirdi ki, 31 yaşlı gənci polis əməkdaşları evdə yatdığı yerdən gəlib zorla aparıblar. Hüquq müdafiəçisinin sözlərinə görə, orda Q.Məmədova işgəncə verərək öldürüblər: "Utanmadan da adını qoyublar guya özünü asıb. Siz kimi aldadır, avam yerinə qoyursunuz? Nədir bu millətin dinc, günahsız insanlarından alıb verə bilmədiyiniz? Açıq-aşkar görünür ki, adam başının arxa tərəfindən kəsici, deşici alətlə vurulub öldürülüb". 

Şəki rayon prokuroriunun müavini Vüqar Hacıyev Criminal.az saytının ölüm faktı ilə suallarını cavablandırmaqdan imtina edib. Prokuror müavini Q.Məmmədovun ölümü ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən lazımı məlumat almağı tövsiyyə edib.
Criminal.az Baş Prokurluğa sözgedən ölüm işi ilə bağlı şifahi sörğü edib. Qurumun mətbuat xidmətindən sorğuya qısa zamanda cavab veriləcəyi bildirilib. 

Загрузка...
Загрузка...

Xəbər lenti