"Polisin əməllərinin qanunauyğunluğu şübhə doğurur"

Загрузка...
 Paytaxt polisinin "ictimai əxlaq" uğrunda mübarizənin gücləndirilməsi kampaniyası hüquq nöqteyi-nəzərdən şübhə doğurur. Bu fikri Turan-ın müxbiri ilə söhbətində hüquq sahəsində ekspert, vəkil Əsabəli Mustafayev Bakı polisinin paytaxtın mərkəzində əxlaqsızlıq təzahürlərinə qarşı mübarizə başlaması haqqında bugünki bəyanatını şərh edərkən bildirib.
Qanunvericilikdə "ictimai əxlaq" və "ictimai mentalitet" anlayışı yoxdur və bu anlayışların qiymətləndirilməsi subyektivdir. "Polisin avtoxuliqanlığa qarşı mübarizə aparması aydın məsələdir, çünki qanunvericilikdə belə bir hüquqpozma var. Amma "ictimai əxlaq" və ya "ictimai mentalitet" dedikdə nə nəzərdə tutulur? Polis əməkdaşları hansı meyarları rəhbər tutacaqlar?
Polisdə hansısa obyektdə əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi haqqında operativ məlumat varsa hüquq mühafizəçiləri orada əməliyyat həyata keçirə bilərlər. Amma belə obyektlərin axtarışı məqsədilə reydlər həyata keçirmək artıq qanunilik nöqteyi-nəzərdən sual doğurur. Efirdə açıq-aşkar əxlaqsızlığı təbliğ edən televerilişlərə nəzarəti gücləndirmək daha çox yerinə düşərdi, deyə hüquqşünas qeyd edib.
Загрузка...
Загрузка...

Xəbər lenti