Polisi videoya çəkən şəxsdən xəbər var

Polisi videoya çəkən şəxsdən xəbər var
Загрузка...
Bi neçə gün əvvəl saxlanılan və barəsində polisə müqavimət maddəsi ilə 30 gün müddətinə həbs cəzası verilən Əlizamin Salayevin Müvəqqəti Saxlanma Yerində işgəncəyə məruz qalması barədə xəbərlər yayılıb.  Bununla bağlı onun dostları məlumat yayıblar ki, Salayev aldığı xəsrətlərdən dolayı, hətta xəstəxanaya aparılıb.
Siyasi fəallar və hüquq müdafiəçiləri Qırmızı Xaç Komitəsinə müraciət edərək, tez zamanda sözügedən şəxsə baş çəkmələrini istəyiblər.
 
 Cavad Cavadov
Az öncə tanınmış vəkil, hal hazırda 17 saylı Yasamal Seçki Dairəsindən deputatlığa namizəd Cavad Cavadov isə məlumat yayıb ki, o, bir qədər əvvəl Binəqədi rayonunda yerləşən İnzibati Qaydada Həbs olunanların təcridxanasında olub və orada Əlizamin Salayevlə görüşüb. "Bu millətə millət vəkili kimi vəkil gərək. Dostlar Zamin Salayevlə zamanımın olmadığı dövrdə görüşdüm. Hüquqi cəhətdən nə lazimdırsa, edəcəm". 

Xatırladaq ki, Ə.Salayev bir neçə gün əvvəl "youtube" sosial şəbəkəsində Salyan rayon Polis şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizovu vedeoya çəkərək paylaşmışdı. O, videoda H.Əzizovu 21 yaşlı qıza təcavüz etməkdə ittiham edirdi. Polis rəisi isə Ə.Salayevin dediklərini təkzib edir, ona "qızın nəslində kişi yoxdur ki, sən bu məsələyə qarışırsan" deyə cavab verirdi. 
Xatırladaq ki, H.Əzizovun qız tərəfindən bıçaqlanması ilə bağlı məlumatı bir neçə ay əvvəl Criminal.az saytı yayıb. Məhz buna görə, H.Əzizov saytın baş redaktoru Anar Məmmədova qarşı Ağdam Rayon Məhkəməsində mülki iddia qaldırıb. O, baş redaktoru onun şərəf-ləyaqətini alçaltmaqda günahlandırır və 10 min manat təzminat tələb edir. 
H.Əzizov özü də qız tərəfindən bıçaqlandığını təkzib etmir. Bildirir ki, qız tərəfindən bıçaqlanıb, hətta aldığı bıçaq zərbəsi onun qara ciyərini zədələyib. Onu bıçaqlayan şəxs isə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə ittiham olunur. İş artıq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti