Bankların əlindən qaçmaq istəyirdi, amma...

Bankların əlindən qaçmaq istəyirdi, amma...
Загрузка...

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk edən şəxsi etmək niyyətində olan şəxsi saxlayıblar. Xidmətdən Criminal.az-a məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb. 

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti