Polisdə işgəncəyə görə kompensasiya: Ramin Şahmarov dövlətdən 100 min rubl alacaq

15 May 2020, 16:01
15 May
2020
16:01
4692
Ötən gün mayın 12-də Rusiyanın Orenburq vilayət məhkəməsində azərbaycanlı Ramin Şahmarova günahsız yerə yerli biznesmenin və oğlunun qətlində şübhəli bilindiyi, polisdə işgəncə gördüyü üçün mənəvi zərərin ödənilməsi qismində 100 min rubl kompensasiya verilməsi barədə rayon məhkəməsinin hökmü təsdiqlənib. Virtualaz.org xəbər verir ki, buna baxmayaraq İşgəncələrə qarşı Komitənin hüquqşünasları hökmdən apellyasiya verəcəklər, onlar kompensasiyanın məbləğinin aşağı olduğunu deyirlər.
Habelə vəkillər Ramin Şahmarova və həmin qətl işinin iki keçmiş fiqurantına qarşı işgəncə verilməsi ilə bağlı indiyədək cinayət işinin qaldırılmamasından şikayətçidir.

Ramin Şahmarov və onunla birlikdə həmin qətlə görə tutulan Müşfiq Şıxəliyev Orenburq vilayətinin Abdulino şəhərində yaşayıblar. Onlar 2018-ci ilin iyununda işgəncələrə qarşı Komitəyə müraciət edərək hüquqi yardım istəyiblər.
Şikayətçilər deyiblər ki, 2018-ci ilin martında onları ayrı-ayrılıqda polis saxlayıb, səbəbini izah etmədən Orenburq vilayət polis idarəsinə aparıb.
Ramin Şahmarovun dediyinə görə, polislər onu hələ yolda avtomobildə apararkən döyməyə başlayıblar. Habelə milli zəmində söyüblər. Polis idarəsində isə dərhal onu döyməyə başlayıblar və törətdiyi cinayəti boynuna almağı tələb ediblər. "Bir müddət sonra polislər mənə dedilər ki, mən biznesmeni və onun azyaşlı oğlunu öldürmüşəm. Bunu etmədiyimi dedim, bundan sonra döyülmələr davam etdi”,-Ramin bildirib.

Polisdə dindirmə zamanı bir neçə dəfə onun ağzını və burnunu sellofan pektlə bağlayıblar, nəfəs almağa imkan verməyiblər. Hansısa məqamda Ramin huşunu itirib və ayılanda görüb ki, ətrafında onun öldüyündən qorxan beş polis dayanıb.
"Özümə gələndən sonra döşəməyə oturdum. Ancaq polislər məni döşəməyə sıxdılar və dizləri ilə belimdəm basıb qətli boynuma almağı tələb etdilər. Bu vaxt ağzımdan qan açıldı. Bir müddət sonra məni döyməyi dayandırdılar. Hərçənd onların tələb etdiyi izahata qol çəkmədim”,-Ramin deyir.
Digər azərbaycanlı Müşfiq Şıxəliyevi də həmin polis idarəsinə aparıblar. Dediyinə görə, onu orada döyməyə başlayıblar, başına, qarnına, belinə zərbələr endiriblər.
"Mənə kişi və uşaq cəsədinin fotolarını göstərib dedilər ki, tanışım və əmim oğlu həmin qətli mənim törətdiyim haqda ifadə verib. İzah etməyə çalışdım ki, alibim var, hadisə günü Başqırdıstanda olmuşam, ətlik heyvan almağa getmişdim və bunu sənədlərlə sübut edə bilərəm. Amma dedilər ki, heç nəyi yoxlayan deyillər və yaxşısı odur qətli boynuma alım”,-o deyib.

Dindirmə zamanı polislərdən biri bir neçə dəfə onun cinsiyyət orqanını ayağı ilə basıb, elektroşok verib və cinayəti boynuna almağı tələb edib. "Dedim məni tualetə aparın, bu vaxt həmin polis dedi ki, tualetə ancaq başımı unitaza soxmaq üçün apara bilər”,-Şıxəliyev ifadəsində bildirib.
İki gün sonra məhkəmə Ramin Şahmarov və Müşfiq Şıxəliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib, onları təcridxanaya aparıblar. Təcridxanada Müşfiq Şıxəliyev cinayəti boynuna almaq barədə ifadəyə imza atıb. Dediyinə görə, bunu ona görə edib ki, təcridxana administrasiyasının əməkdaşları inadkarlığı davam etdirsə onu zorlayacaqlarını bildirib.
Amma martın 17-də Şahmarov və Şıxəliyev cinayətə dəxli olmadıqları üçün azadlığa buraxılıb. Onların əvvəldən bəhs etdikləri alibi təsdiqlənib, məlum olub ki, biznesmenin və oğlunun qətli zamanı onlar ət alveri ilə bağlı Başqırdıstanda olublar.
Həmin ilin iyununda hüquq müdafiəçiləri Şahmarova və Şıxəliyevə işgəncə verilməsi ilə bağlı İstintaq Komitəsinə şikayət edib. Cinayət işi qaldırılıb, amma daha sonra prokurorluq qərara xitam verib.

Hüquq müdafiəçiləri mübarizəni dayandırmayıblar və nəhayət nail olublar ki, 2020-ci ilin fevralında işgəncə faktı barədə təhqiqat İstintaq Komitəsinin xüsusi şöbəsində yenidən bərpa edilsin.
Bu iş üzrə daha bir keçmiş fiqurant Müşfiq Quliyev də 2019-cu ilin iyulunda işgəncələr əleyhinə Komitəyə şikayət edib. Bildirib ki, onu işgəncələr altında Şahmarvun və Şıxəliyevin əleyhinə ifadə verməyə məcbur etmişdilər.
M.Quliyevin özünü həbsdən iki ay sonra azad ediblər, çoxsaylı şahidlər onun qətldə əli olmadığı haqda alibisini təsdiqləyib. Təcridxanadan buraxılsa da Rusiyada qalmaq müddəti keçdiyi üçün daha 9 ay xüsusi saxlanma məntəqəsində qalmalı olub. Yalnız Azərbaycana qayıdandan sonra işgəncələr əleyhinə Komitəyə şikayət verib.
M.Quliyevin sözlərinə görə, onu döyüblər, söyüblər, alçaldıblar, boğublar. Nəhayət polislər M.Quliyevə qarşı "qaranquş” işgəncə növünü tətbiq edəndən sonra o dözməyib, törətmədiyi əməli boynuna almaq barədə ifadəni imzalayıb.
Quliyev "qaranquş” işgəncəsini belə təsvir edir: "Əməkdaş məni üzü üstə döşəməyə uzatdı, başıma kəndiri doladı, elə elədi ki, kəndir ağzıma girdi və dişlərimi araladı, nəticədə ağzım açıq qaldı. Sonra həmin kəndiri geri dartıb dizlərimə qədər apardı, pəncə nahiyəsinə bağladı. Beləliklə, mən çox narahat və ağrılı pozada qaldım, xüsusən də onurğamda şiddətli ağrı yarandı, çünki geriyə əyilmişdi. Digər əməkdaş isə qıçlarımın arasından keçən kəndiri ayağı ilə basırdı ki, mənə daha dözülməz ağrı versin. Bu vəziyyətdə məni təxminən yarım saat saxladılar”.

M.Quliyev deyir ki, işgəncələr gün ərzində davam edib, onların bədənlərinə elektroşok veriblər, güclə dərman içiriblər. Dərmanı içdikdən sonra sərxoşluq hissi yaranıb. Əl-qolunu bağlayıb zorla iynə vurublar.
Anoloji işgəncələri onun Rusiyada yaşayan doğmalarına və yaxınlarına da verəcəklərini polislərdən eşidən Müşfiq təhlükənin daha da yaxında olduğunu anlayıb. Təcridxanada ona doğmalarının dəqiq ünvanları, ad - soyadları açıqlanıb.
"Axşam tərəfi polis əməkdaşları ayaqlarımı açdılar, məni qonşu otağa köçürdülər. Stolun üstündəki sənədləri imzalamağımı əmr etdilər, onları oxumağa imkan vermədilər. Sənədlərin hamısını imzaladım. Bundan sonra daha mənə toxunmadılar, əllərimdəki qandalları da çıxartdılar. Amma yenə yemək vermirdilər, ayaqyoluna getməyə qoymurdular” – müraciətdə belə deyir.
Qeyd edək ki, Rusiya mətbuatı Orenburqda biznesmenin və azyaşlı oğlunun qətlə yetrilməsi cinayəti, habelə azərbaycanlıların bu qətlə görə tutulması və daha sonra günahsız olduqları üçün buraxıldıqları haqda dəfələrlə geniş yazıb.
Xatırladaq ki, 2018-ci ilin yanvarında Orenburqda baş vermiş amansız qətlin üstü isə hələ də açılmayıb. Həmin vaxt biznesmen Çernov azyaşlı oğlu ilə birlikdə öldürülüb, onun "Toyota Land Cruiser” markalı avtomobili yandırılıb. Həmin qətlə görə tutulan və günahı sübut edilmədiyi üçün buraxılan azərbaycanlılardan isə Rusiya Baş prokurorluğu rəsmən üzr istəyib.
Xəbər lenti
-
21:59MTN-də Rüstəm Usubovun həbsinə göstəriş verilibmiş... - ŞOK DETALLAR
-
21:13“Allahı söyənlərə cəza!” şüarına görə saxlanılanlardan daha birinə həbs qərarı
-
21:09Aclıq edən inanclı fəallar: “Taleh Bağırzadə tükənib, Abbas Hüseynov yıxılıb…”
-
21:06DTX Gömrük Komitəsində əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
-
21:51Sahib Ələkbərov Mövlam Şıxəliyevi ifşa etdi
-
21:28“Polis dedi ki, siz gedin rəis müavinini “görün”, əlindəki biabırçı görüntüləri yaymasın”
-
21:23Aytən Məmmədova yenə Bakı Şəhər Baş Polis İdarəsində dəvət edilib
-
23:12Namik Bakinskiy “proqon” yaydı, 11 nəfəri “samozvanets” elan elədi
-
02:50Vilayət Eyvazov Şeyxin bacısı oğlunu rəis təyin etdi
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
20 İyun 2022
15 İyun 2022
12 İyun 2022
27 May 2022
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
Digər xəbərlər
-
Manşet, Foto, Dosye
Milyarderi öldürməyə göndərilən killer Orxan Əsədova silah verən Tural Əliyev tutuldu
-
Manşet, Foto, Dosye
Azərbaycanlı killer Kiprə Fəxrizadənin qisasını almaq üçün gedibmiş - İSRAİL MÜDAFİƏ NAZİRİ ONUN İRAN KƏŞFİYYATI TƏRƏFİNDƏN GÖNDƏRİLDİYİNİ AÇIQLADI
-
Manşet, Foto, Dosye
Rövşən Əkbərovun oğlunun obyektində fəhlə kimi işlədilən əsgər necə ölüb?
-
Manşet, Foto, Dosye
Səid Dadaşbəyli Eldar Mahmudovun dəstəsini Avropa Məhkəməsindən sənəd oğurluğunda ittiham edir – Sensasion iddialar
-
Manşet, Foto, Dosye
Səid Dadaşbəyli Eldar Mahmudov və komandasının cinayətlərindən danışdı, həbsinin əsl səbəbini açıqladı
-
Manşet, Foto, Dosye
Rövnəq Abdullayevin dayısı oğılunun İstanbulda faciəli ölümünün təfərrüatları
-
Manşet, Foto, Dosye
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi - "RÖVŞƏN LƏNKƏRANSKİNİ ŞƏXSƏN TANIDIĞINI, QƏTLLƏR HAQDA BİLDİYİNİ DEYİRMİŞ...
-
Manşet, Foto, Dosye
İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü
-
Foto, Dosye
Polisdə işgəncəyə görə kompensasiya: Ramin Şahmarov dövlətdən 100 min rubl alacaq