Polisdə döyüldüyü bildirilən vəkil: Kollegiyanın rəhbərliyi işə müdaxilə edib

Polisdə döyüldüyü bildirilən vəkil: Kollegiyanın rəhbərliyi işə müdaxilə edib
Загрузка...
 Orxan Gəngərli: ''Hal-hazırda səhhətim normaldır''
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində fiziki təzyiqə məruz qalan vəkil Orxan Gəngərli açıqlama yayıb. Vəkil "Facebook” səhifəsində məlumat paylaşıb və kollegiyanın sədri Anar Bağırovla şəklini yayıb. Orxan Gəngərli narahatlıq keçirən dostlarına təşəkkür edib:
"Gün ərzində bir çox hörmətli dostlarım baş vermiş məlum hadisə ilə bağlı narahatçılıq keçirərək mənimlə əlaqə saxlayırlar. Bildirmək istəyirəm ki, hal-hazırda səhhətim normaldır”.
Orxan Gəngərli Vəkillər Kollegiyasının rəhbərliyinin onunla bağlı olaya müdaxilə etdiyini yazıb: "Dərhal dünəndən başlayaraq işə qarışmış, ciddi reaksiyasını bildirib, bütün qanuni tədbirlərin görülməsi barədə mənə məlumat verilib”.
Ötən həftənin şənbə günü sosial şəbəkəklərdə vəkil Orxan Gəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində döyülərək həbs edilməsi haqda məlumat yayıldı. Bildirilib ki, o, hüquqlarını müdafiə etdiyi şəxsə görə getdiyi polis bölməsində orada təhqir edilib, müvəkkili ilə görüşməyə qoymayıblar. Vəkili bölmədən söyüşlə qovublar. Buna etiraz edəndə isə polislər onu döyüb, müdafiə etdiyi şəxsin yanına aparıb salıblar. O.Kəngərli axşama qədər orada saxlanılıb.
Hadisə ilə bağlı kollegiyanın sədri Anar Bağırov açıqlama yaydı: "İstənilən vəkilə qarşı təcavüzü şəxsən özümə qarşı təcavüz kimi qiymətləndirirəm! Məsələ tam araşdırılmalı və təqsirkar şəxslər qanunda nəzərdə tutulan ən ciddi cəzaya məruz qalmalıdırlar. Bunun üçün bütün zəruri tədbirlər tərəfimizdən görülür və görüləcək!”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə vəkilin şöbədə döyülməsi ilə bağlı yayılan iddiaları əsassız, qərəzli və özünü müdafiə xarakteri daşıdığını qeyd edib. 4-cü polis bölməsinin rəisi Rahib Mirzəyevdir. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin (əvvəl paytaxtın Nəsimi rayonunun polis rəisi olub-red.) doğma qardaşıdır. Polis orqanlarında çalışan şəxslərin qanunsuz əməllərini, xətalarını da onun rəhbərlik etdiyi Daxili Təhqiqatlar İdarəsi araşdırıb, qiymət verir.
Загрузка...
Загрузка...

Xəbər lenti