"Polisdə dedi ki, onu Zakir Qaralov da tanıyır, heç kim iş qaldıran deyil" - Professora qarşı cinayət edən prokuror ailəsini kim himayə edir?

Загрузка...
Bakıda keçmiş prokuror ailəsi professora qarşı müdhiş fırıldaq edib. Professor Asim Qaragözov Criminal.az saytına açıqlamasında bildirirb ki, istintaq altında olan yaxın qohumunun azadlığa çıxması və ya məhkəmədə az cəza alması üçün mübarizə apararkən külli miqdarda pulunu itirib.
Onun sözlərinə görə, 2016-cı ildə yaxın tanışı tərəfindən bir vaxtlar Baş Prokurorluqda çalışmış Elbrus Əliyev adlı şəxslə tanış edilib. E.Əliyev onu inandırıb ki, qohumunun Bakı Ağır Cinayətlər Məhkəməsində az cəza ilə qurtulmasına kömək edəcək. Bunun üçün 50 min manat pul verməyi tələb edib. Həmin pulları 2016-cı il iyunun sonlarında 30 min və 20 min olmaqla iki dəfəyə E.Əliyevə ödəyib.
"Pulları ona "Dostluq" kinoteatrının yaxınlığında verdim. Əslində məsləhət üçün getmişdik. Düşündük ki, prokurorluq işçisi olub, bəlkə bizə köməkliyi dəyər. Lakin məhkəmə qohumuma 10 il cəza verdi. Halbuki Elbrus məhkəməni üzərinə götürmüşdü. Hətta demişdi ki, qohumuma məhkəmədə ən çoxu 4 il cəza verəcəklər. Elbrus verdiyi vədi yerinə yetirmədiyinə görə, pulu geri istədik, bildirdi ki, apellyasiyada həll edəcək. Məcbur qalıb polisə şikayət etdim. Elbrus 12 min manatı geri qaytarsa da, 38 mini vermir. Son dəfə polis idarəsində mənə dedi ki, onu hamı tanıyır, Zakir Qaralov da tanıyır, heç kim ona iş qaldıran deyil" - deyə A.Qaragözov bildirdi.  

E.Əliyevin oğlu Rəşad Əliyev Suraxanı rayon prokurorunun müavini işləyib. Həmin prokurorluqdan Criminal.az saytına bildirildi ki, R.Əliyev öz xahişi ilə işdən çıxıb. Xatırladaq ki, A.Qaragözovun qohumu Qafqaz Müsəlmanları İdarəsinin məsul əməkdaşı olub. 2014-cü il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Onu da əlavə edək ki, E.Əliyevin adı Bakı Dövlət Universitetinin (BDU) müəllimi Hüseyn Məmmədova qarşı törədilən və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq olunan cinayət işində də hallanır. BDU-nun müəlliminə qarşı dələduzluqda təqsirləndirilən 1967-ci il təvəllüdlü Eldar Yusifov məhkəmədə bildirib ki, aldığı pulun qarşılığında Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş. Elan olunmuş ittihamla Eldar Yusifov özünü təqsirli bilməyib. və deyib ki, Hüseyn Məmmədovun oğlunun işini Elbrus Əliyev adlı şəxs həll edəcəkmiş: "Pulu mən yox Elbrus alıb. O, prokurorluq işçisi olub. Mən onları tanış eləmişəm. Sonrakı məsələni özləri danışıblar". 
Загрузка...
Загрузка...

Xəbər lenti