Polis zəngləri başlayıb: "Mitinqə nə üçün getdiyimi soruşdu..."

Polis zəngləri başlayıb:
Загрузка...
"Polis zəng edib mitinqə nə üçün getdiyimi soruşdu. Mən də dedim ki, mitinqə getməmişəm, sadəcə mitinq günü 28 may metrostansiyasının yaxınlığında olmuşam", 19 oktyabr nümayişinin adının çəkilməsini istəməyən iştirakçısı deyir.
O bildirir ki, bu gün özünü polis əməkdaşı kimi təqdim edən şəxs harada yaşadığını soruşub: "Dedim rayon qeydiyyatında olsam da Bakıda yaşayıram. Ünvanımı soruşub əlaqə saxlayacağını dedi". 
"19 yanvar mitinqindən sonra da zəng edilərək polis bölməsinə çağırmışdılar. Bu dəfə də eyni prosedur davam etdirilir. Mobil operatorlar yəqin həmin ərazidə olmağımı polisə ötürüb. Dövlət insanlara hədə-qorxu gəlməkdənsə, onların xüsusilə maddi problemlərini həll etsin, işsizliyi aradan qaldırsın", müsahibimiz deyir.
Bakı Şəhər Baş Polis İdarəsindən isə vətəndaşlara edilən telefon zənglərinə münasibət bildirilmədi. 
Xatırladaq ki, oktyabrın 19-da Milli Şura tərəfindən metronun 28 May stansiyasının yaxınlığında mitinq keçirib. Nümayiş zamanı xeyli iştirakçı saxlanılıb, onların bir neçəsi məhkəmə qərarı ilə həbs edilib. Aksiyada AXCP sədri Əli Kərimli də saxlanılıb, bir neçə saat sonra sərbəst buraxılıb. 
Загрузка...
Загрузка...

Xəbər lenti