Polis Zəhra Bağırzadəni oğurlayan şəxsi saxladı

Polis Zəhra Bağırzadəni oğurlayan şəxsi saxladı
Загрузка...
Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub. "Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.
13.52
Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanı tapıblar. Bu barədə AZXEBER.COM-a azyaşlının bibisi Validə xanım məlumat verib. Onun dediyinə görə, Zəhranın atası hazırda uşağın yanındadır və o evə gətirilir. Ailəsi polis əməkdaşlarına təşəkkür edib.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhranın itməsi ilə bağlı məlumat paylaşılmışdı.
Загрузка...
Загрузка...

Xəbər lenti