Polis serjantı Bakıda iki nəfəri ölümdən qurtardı Polis serjantı Bakıda iki nəfəri ölümdən qurtardı

Polis serjantı Bakıda iki nəfəri ölümdən qurtardı
Загрузка...
Polis serjantı Bakıda iki nəfəri ölümdən qurtarıb. Criminal.az saytının məlumatına görə, bir neçə gün əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49 A ünvanında təmir aparılan binada fəhlələrin həyatı təhlükə qarşısında qalıb. 
Küləkli havada iş görən zaman onları qaldıran qurğu qəzalı vəziyyətə düşüb və iki nəfər ölümlə üz-üzə qalıb. Ərazidə xidmət aparan Sabunçu rayon Mühafizə İdarəsinin serpantı Alim Yusuifli Kərəm oğlu 17-ci mərtəbədə təhlükəli duruma düşən işçiləri xilas edib.
O, həmin mərtəbəyə qalxaraq mənzilə daxil olub və pəncərəsindən köməksiz vəziyyətdə olan işçiləri qurğudan çıxararaq xilas edib. 


Загрузка...
Загрузка...

Xəbər lenti