Polis rəisi baş redaktoru həbslə hədələdi Polis rəisi baş redaktoru həbslə hədələdi

Polis rəisi baş redaktoru həbslə hədələdi
Загрузка...
Bir neçə gün əvvəl Criminal.az saytında Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun villa tikdirmək üçün sahibkarlardan və polis əməkdaşlarından pul yığıması ilə bağlı yazı dərc olunub. Saytın elektron ünvanına sahibkar tərəfindən göndərilən məktubdan sitat: "'Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki rəisin evi tikilib qurtarsa rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır". 

Şikayətlə bağlı Ş.Əsgərovun Criminal.az saytına açıqlamasında iddiaları təkzib etmişdi: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan pul yığımıram. Əgər ev tikdirsəm belə sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?".
Yazı saytda dərc ediləndən sonra özünü Tovuz rayonundan olan sahibkar kimi təqdim edən iki şəxs zəng edərək Ş.Əsgərovdan şikayətçi olmadıqlarını, onlar üçün heç bir pul yığılmadığını bildirdi. Həmin sahibkarlardan birinin dediklərindən sitat: "Mən bu vaxta kimi 10 polis rəisi işləmişəm, amma məndən pul alan olmayıb. Şirzad müəllimin bizimlə işi yoxdur..." 

Bu gün isə saytın elektron ünvanına vəkil Samir İsmayılov məktub göndərərək yazının təkzib edilməyəcəyi halda məsələni hüquqi müstəvidə həll ediləcəyini yazıb: "Sizin aşağıdakı internet səhifəsində (https://criminal.az/polkovnikin-debdebeli-villasi-sahibkarlari-dile-getirdi-reisin-evi-tikilib-qurtarsaydi-rahat-nefes-alardiq/) vətəndaş Şirzad Əsgərovdan bir qrup anonim şəxslərin şikayətinin daxil olduğu və güya iş adamları hesabına ev tikdirdiyi əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılır. Öncə təkzib etdiyimiz kimi, bir daha bildiririk ki, bu cür məlumatlar həqiqəti əks etdirmir və anonim olan müraciəti heç bir araşdırma aparmadan kütləvi informasiya vasitəsində yayımlanmasına heç bir hüquqi əsas vermir. Bu cür yayımlama kütləvi informasiya azadlığından sui-istifadə kimi dəyərləndirilə bilər. Müəyyən olunduğu kimi, "Kütləvi informasiya vasitələri haqqında” AR Qanununun 10-cu maddəsinə əsasən "... mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”. 
Belə olan halda bu cür məlumatların (fotoların) həqiqətə uyğunluğu yoxlanılmadan kütləvi informasiya vasitlərində yayımlanması yayan mənbəni məsuliyyətdən azad etmir. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14.05.1999-cu il tarixli qərarında qeyd olunduğu kimi vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Odur ki, Sizdən Şirzad Əsgərov barəsində yayılan həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsini xahiş edirik. Əks təqdirdə Ş.Əsgərovun hüquqlarını müdafiə etmək üçün həm xüsusi ittiham qaydasında şikayətlə, həm də müvafiq mülki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacayıq".
Загрузка...
Загрузка...

Xəbər lenti