""Polis qorxdu”, “hökumət geri çəkildi” kimi fikirlər reallaşmayacaq"

Загрузка...

Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Criminal.az xəbər verir ki, iclasda hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov son günlər əsasən radikal müxalifəti təmsil edən destruktiv qüvvələrin paytaxtda guya icazəli mitinq keçirmək adı altında polis əməkdaşları ilə bilərəkdən qarşıdurma yaratmaqla, vətəndaşların istirahət hüquqlarını, sabitliyi,  əmin-amanlığı, ictimai qaydanı kobud şəkildə pozmaqla, insanlarda qorxu və çaşqınlıq yaratmaqla müşayiət olunan hüquqazidd əməllərinə münasibət  bildirib.

 

O, son günlər özlərini yenidən gündəmə gətirmək istəyən müxalifət düşərgəsinin bəzi mənsublarının səsləndirdikləri, "polis qorxdu”, "hökumət geri çəkildi”  kimi öz ətraflarını cürətləndirmək arzusundan doğan fikirlərin gerçəklikdən çox uzaq, heç vaxt reallaşmayacaq bir arzu olduğunu xatırladıb.

DİN rəhbəri qətiyyətlə bəyan edib ki, daxili işlər orqanları siyasi baxışlarından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq bütün vətəndaşlarımızın əmin-amanlığını, ölkəmizdəki sabitliyi istənilən təhdidlərdən, fürsətçi kəslərin və macəra axtaranların təxribatçı, avantürist hərəkətlərindən qoruyub, bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək,  heç kəsin qanunazidd əməllərə əl atmaq cəhdlərinə imkan verilməyəcək.

 

 


Загрузка...
Загрузка...

Xəbər lenti