Polis əməkdaşından Vilayət Eyvazova şikayət: "Dedi ki, sənin başına oyun açaram, sən hələ məni tanımırsan..." Polis əməkdaşından Vilayət Eyvazova şikayət:

Polis əməkdaşından Vilayət Eyvazova şikayət:
Загрузка...
"O, mənə hədə-qorxu gəldi və dedi ki, sənin başına oyun açaram, sən hələ məni tanımırsan..."
Polis əməkdaşı tərəfindən təhdid edildiyini iddia edən vətəndaş çıxış yolunu daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək köməklik göstərməkdə görür. Şikayətçi Murad Ağayev nazirə ünvanladığı müraciətini Criminal.az saytına da göndərib.
Şikayətçi müraciətdə bildirir ki, 13.06.2019-cu il tarixində işdən evə qayıdarkən Məhəmməd Hadi küçəsində Sərhədçi İdman Komleksi ilə Neptun marketin qarşısındakı yolda 99-GL-823 nömrə nişanlı "Mersedes" markalı avtomaşının sürücüsünün hücumuna məruz qalıb:
"Həmin sürücü digər yol iştirakçılarına mane olaraq kobudluq edirdi və həmçinin mənə öz avtomobilimi idarə etməyimə ciddi maneə törədərək bir neçə dəfə qəza şəraiti yaradıb. Mən dərhal ona siqnal verib qanun çərçivəsində iradımı bildirdim. Mülki formada olan sürücü yolun hərəkət hissəsində maşını saxlayaraq düşdü. Mənə qarşı xoşagəlməz ifadələr işlədərək şərəf və ləyaqətimi alçaldaraq, sürətli və aqressiv şəkildə mənə hücum etdi. Bu zaman o əlini arxa cibinə salaraq nə isə cıxartmağa cəhd etdi. Bu zaman ehtiyat etdim, qorxdum ki cibindən soyuq silah çıxardaraq mənə xəsarət yetirər. Təhlükəsizlik şəhər kameralarından baxıb aydın görərsiz ki, mən özümə və avtomobilimə xəsarət riskindən ehtiyat etdiyimdən onu qucaqladım və kobudluq etməməyini xahiş etdim".
M.Ağayev qeyd edir ki, o, özünü polis əməkdaşı kimi təqdim edərək Nizami rayonu 25-cü Polis bölməsində təhqiqatçı vəzifəsində işlədiyini dedi:
"Mən onun kimliyini müəyyənləşdirmək üçün xidməti vəsiqəsini təqdim etməyini xahiş etdim. O, isə mənə bildirdi ki, mən xidməti əməliyyatdayam, iş başındayam və sən kimsən ki, mən sənə vəsiqə göstərim. Vəzifəsindən sui-istifadə edən şəxs kimi mənə bildirdi ki, mən harda və necə istəyərəm maşın sürə bilərəm. Sonra o, mənə hədə-qorxu gəldi və dedi ki, sənin başına oyun açaram, sən hələ məni tanımırsan, mən səndən şikayət edəcəm ki, sən mənim maşınımı vurmusan və səni üzr istədəcəm. Daha sonra məni itələyərək öz şəxsi telefonu ilə 102 xidmətinə zəng etdi və bildirdi ki, guya mən onu boğuram və vururam. Ətrafda çoxlu insanlar yığılmışdı. Mən cəld öz şəxsi telefonumu götürərək bu görüntünü videoya çəkmişəm. Çəkilişdə hadisə şahidlərindən soruşmuşam ki, mən bu insanı vurmuşam ya yox. Onlar da bu videoda təsdiqləyirlər ki, xeyr, sən onu vurmamısan. Sonda isə o, mənim üstümə polis patrulu çağırdı və yaxınlıqdakı dükana girdi. Mən bir qədər gözlədikdən sonra maşınıma oturub 102 xidmətinə zəng vurdum və onların məsləhəti ilə 34-cü polis bölməsinə gedərək yazılı ərizə ilə müraciət etdim və sonra həkim ekspertizasına gedərək yoxlamadan keçdim. Həkim qolumda əzik zədələrinin olması barədə akt yazdı. Daha sonra mən onu vurmadığım halda o da ekspertizaya gedərək üzərində çoxlu xəsarətlər olduğunu qanuna zidd şəkildə qeyd etdirib".
"Polis bölməsinin qarşısında bir daha rastaşdıq və yenə də öz vəzifə və səlahiyyətlərindən sui istifadə edərək orda polis əməkdaşlarının içərisində mənə hədə-qorxu gələrək təhqiramiz ifadələr söylədi. Vəzifəsindən və rütbəsindən sui-istifadə edərək polis orqanlarının və əməkdaşlarının adına bu cür hərərkətlərlə mənfi fikirlər yaradaraq insanların polis əməkdaşlarına olan güvən və inamına pis fikirlərlə və kobud hərəkətlərlə xələl gətirir. Cənab Nazir, ərizəmin mahiyyəti ondan ibarətdir ki, Nizami rayonu 25-cü bölmədə təhqiqatçı vəzifəsində işləyən, polis kapitanı Məlikov Vüqar kimi şəxslər Azərbaycan polisi adına ləkə gətirməsini nəzərə alaraq onun fəaliyyətinin araşdırılması və xidməti vəzifəsinə uyğunluğunun qiymətləndirilməsi və nə üçün xidməti vəzifəsindən şəxsi məqsədlərlə sui istifadə etməsinin yoxlanılmasını sizdən xahiş edirəm", şikayətçinin V.Eyvazova etdiyi müraciətdə deyilir.  

Xətai rayon Prokurorluğunun rədd qərarı




Загрузка...
Загрузка...

Xəbər lenti