Polis elektron sistem vasitəsilə vətəndaşların yerdəyişməsini izləyəcək

Polis elektron sistem vasitəsilə vətəndaşların yerdəyişməsini izləyəcək
Загрузка...
Tezliklə polis xüsusi elektron sistem vasitəsilə onlayn rejimdə vətəndaşların yerdəyişməsini izləmək imkanı əldə edəcək. Bu barədə İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, DİN polkovniki Əziz Baxışov çərşənbə günü İctimai TV-yə müsahibəsində bildirib.
Belə ki, karantin dövründə vətəndaş evdən çıxmazdan əvvəl müəyyən nömrəyə ya mesaj göndərməli, haraya və nə üçün getdiyini bildirməlidir. Bu məlumat elektron sistemə daxil olacaq və polis əməkdaşlarında olan planşetlərdə əksini tapacaq. Şəxsi saxlayan polis evdən çıxmasına icazə verilib-verilmədiyini yoxlaya biləcək, deyə o bildirib. Vətəndaş aptekə və ya mağazaya gedərkən belə məlumat verməlidir. "Sistemin işlənib hazırlanması artıq yekunlaşıb və tezliklə ictimaiyyət bu barədə məlumatlandırılacaq", deyə polkovnik əlavə edib.

Xəbər lenti