Polis bu sürücünü axtarır Polis bu sürücünü axtarır

Polis bu sürücünü axtarır
Sərt karantinin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobili ilə boş küçələrdə təhlükəli manevrlər etməsiylə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. "Qafqazinfo"ya açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, artıq sözügedən görüntülərlə bağlı aidiyyatı üzrə göstəriş verilib: "Sürücünün aşkarlanması üçün Nəsimi rayon ərazisində tədbirlər davam etdirilir".
Qurum rəsmisi bildirib ki, sərt karantinin ikinci günündə şəhərin səssizliyinin bu səviyyədə pozulması vətəndaşlarda çox ciddi narahatlıq yaradıb. O bildirib ki, həmin şəxs qanunvericilikdə göstərilən tələblər üzrə məsuliyyətə cəlb olunacaq.

Xəbər lenti