Polis bir neçə AXCP fəalını saxlayıb

Polis bir neçə AXCP fəalını saxlayıb
Загрузка...
Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə fəalı yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkməsinin qarşısında saxalnılıb. AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, polis əməkdaşları məhkəmə binası önünə toplananlardan dağılmalarını tələb edib, bundan sonra isə bəzi şəxsləri saxlayıb.
Partiya fəalları Emil Səlimov, Paşa Umudov, Saqif Qurbanlı və Nicat Abduklazadə saxlanılıb. "Bir həftə əvvəlki məhkəmə prosesində də belə oldu, camaatdan dağılmağı tələb etdilər, sonra da saxlanmalar baş verdi,” partiyadan deyiblər.
2018-ci il mayın 25-də AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov saxlanılıb. Bundan öncə mayın 8-də isə mərhum prezident Əbülfəz Elçibəyin hakimiyəti dövründə Gədəbəy rayonunun icra kaimiyyətinin başçısı olmuş Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
İddiada söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə cinayət işi başlanıb. AXCP sədri Əli Kərimli ittihamı rədd edib və qurama iş adlandırıb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ittiham üzrə məhkəmə davam edir.
Загрузка...
Загрузка...

Xəbər lenti