Polis 39 yaşlı kişini bıçaqladı

Polis 39 yaşlı kişini bıçaqladı
Загрузка...
Bərdədə bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, insident rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, Bərdə rayon 32-lər kənd sakini, 39 yaşlı Allahverdiyev Nicat Vidadi oğlu Rayon Polis Şöbəsinin əməkdaşı Muradov Fehruz Novruz oğlu tərəfindən 8 bıçaq zərbəsi ilə bıçaqlanıb.
Yaralı yaxınları tərəfindən rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti