“Polad Aslanovun ciddi müalicəyə ehtiyacı var, amma tibbi yardım göstərilmir”

“Polad Aslanovun ciddi müalicəyə ehtiyacı var, amma tibbi yardım göstərilmir”
Загрузка...
 Xanımı baş redaktorun vəziyyətindən narahatdır
"Polad Aslanov zəng eləmişdi, vəziyyəti yaxşı deyil. Buna baxmayaraq, ona heç bir tibbi yardım göstərilmir. Telefonda ağrılardan, ona göstərilən təzyiqlərdən danışan kimi danışığı davam etdirməsinə imkan vermirlər, dəstəyi asırlar”, - "xeberman.com” saytının həbsdə olan baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə bildirib. P.Aslanov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır.
Həyat yoldaşının sözlərinə görə, o, ailə üzvlərindən təcridxanaya qida məhsulları gətirməmələrini istəyib. Deyib ki, onsuz da yemək yeyə bilmir. Ailəsinin göndərdiyi qida məhsulları da soyuducu olmadığından qısa müddətdə xarab olur, atmaq məcburiyyətində qalır: "Yemək yeyə bilmədiyinə görə çəkisi də çox düşüb. Bu adamın çəkisi heç hərbi xidmətə getmək üçün kifayət etmirdi. İndi lap pis vəziyyətə düşüb. Az qalıb 40 kiloya düşsün”.
Avqustun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edib, həyat yoldaşına qarşı qanunsuzluqların aradan qaldırılması üçün yardım istədiyini deyən G.Aslanovanın sözlərinə görə, avqustun 21-də DTX-da onu qəbul ediblər: "O qədər gərgin, stress içində idim ki, məni qəbul edən adamın adını da bilmədim. Bildirdim ki, həyat yoldaşım 70 günə yaxındır heç bir günahı olmadan həbsdə saxlanılır. Heç bir sübut yoxdur. Istintaq hərəkəti aparılmır. Müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin olunmur. Adamın ciddi müalicəyə ehtiyacı var, amma tibbi yardım göstərilmir. Bütün bunların cavabında mənə qayıtdı ki, ora-bura göndərdiyin şikayətlərin heç bir hüquqi əsası yoxdur. Dedim ki, təhdid, işgəncə altında alınan ifadələrin hüquqi əsası var?”
G.Aslanova vurğulayıb ki, həyat yoldaşından da, onun özündən də vəkilin iştirakı olmadan ifadə alınıb: "Məni içəridə dindirəndə azyaşlı qızım bayırda qayınanamla idi. Məni övladımla təhdid etdilər, ifadəni oxumağa imkan vermədilər”.
P.Aslanov bu il iyunun 12-də saxlanılıb, Səbail Rayon Mәhkәmәsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Yaxınları isə onun DTX haqqında tənqidi yazılarına görə şərlənib həbs olunduğunu bildirir.
Загрузка...
Загрузка...

Xəbər lenti