Piketin iki iştirakçısı 15 sutka həbs edilib

Piketin iki iştirakçısı 15 sutka həbs edilib
Загрузка...
Nərimanov Rayon Məhkəməsinin bugünkü qərarı ilə Elxan Əliyev və Əlizamin Salayevə 15 sutka inzibati həbs cəzası verilib. Bu barədə AXCP-dən bildirilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 535-1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli biliniblər.
* * *
AXCP iki partiya fəalının polisdə saxlandığını bildirir Saat 12:00-a olan məlumata görə, ötən gün saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Elxan Əliyev və Əlizamin Salayev Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən buraxılmayıblar. Bu barədə AXCP-dən məlumat veriblər. Mənbənin məlumatına görə, fəallar piketə bir neçə saat qalmış saxlanılıblar, piketdə də iştirak edə bilməyiblər.
Toplaşma azadlığının təmin edilməsi tələbilə piket Bakı Şəhər İcra Hakimiyyətinin binasının yanında keçirilib. Polis binaya yaxın yerdə etirazçıları sıxışdırıb, 30-a yaxın fəal saxlanılıb. Onların əksəriyyəti axşam buraxılıb.
Paytaxt polisinin məlumatına görə, 5 nəfərin barəsində hüquq-mühafizə orqanlarına tabe olmamağa dair inzibati protokollar tərtib edilib və materiallar məhkəməyə göndəriləcək. Sərxoş vəziyyətdə və üzərində soyuq silah olan bir nəfərin əməlinə hüquqi qiymət veriləcək.
Загрузка...
Загрузка...

Xəbər lenti