Pərviz Həşimli yeni Baş Prokurora müraciət etdi - QARALOV- MAHMUDOV CÜTLÜYÜ... Pərviz Həşimli yeni Baş Prokurora müraciət etdi - QARALOV- MAHMUDOV CÜTLÜYÜ...

Pərviz Həşimli yeni Baş Prokurora müraciət etdi - QARALOV- MAHMUDOV CÜTLÜYÜ...
Загрузка...
 2013-cü ildə Milli Təhülkəsizlik Nazirliyindəki mütəşəkkil dəstə tərəfindən həbs edilərək, sifarişli hökmlə azadlıqdan məhrum edilən keçmiş vicdan məhbusu, jurnalist Pərviz Həşimli ölkənin yeni baş prokuroru Kamran Əliyevə müraciət edib. Gununsesi.org Pərviz Həşimlinin müraciətini olduğu kimi təqdim edir:
Hörmətli cənab Baş Prokuror!
Bildiyiniz kimi, bu yaxınlarda Ali Məhkəmə Plenumunun İlqar Məmmədov və Rəsul Cəfərov haqqında bəraət qərarı verməsi indiyədək qanunsuz, qurama işlərlə həbs olunan şəxslərin məsələsini bir daha gündəmə gətirdi. Ali Məhkəmə Plenumu adları qeyd edilən iki şəxs haqqında barələrində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, işlər üzrə icraata bəraətverici əsasla xitam verməsi sözsüz ki, müsbət haldır. Və mən də, MTN adlı mütəşəkkil dəstənin cinayətlərinin qurbanlarından biri kimi, təbii olaraq bəraət tələb edirəm. 

Bunun üçün əlimdə ciddi əsaslardan biri məndən təxminən ay yarım əvvəl həbs edilmiş Prezident Heydər Əliyev Hökümətində xarici iqtisadi əlaqələr nazrliyinə rəhbərlik etmiş Nicat Quliyevin işində üzə çıxan sensasion faktlar oldu. Bəlli oldu ki, MTN-dəki mütəşəkkil cinayətkar dəstə eyni silahlarla həm sabiq naziri, həm də məni şərləyib. Cəmiyyətimizdə tanınmış hüquq müdafiəçilərinin mətbuata verdiyi açıqlamalardan ictimaiyyət bu haqda məlumatlı olsa da, Nicat Quliyev Aprel ayının 28-də Gununsesi.org-da dərc edilmiş mənimlə müsahibəsində özü də şəxsən bu barədə kifayət qədət ətraflı məlumat vermiş və beləliklə MTN-nin saxtakarlıqlarının miqyası, törətdiyi dəhşət və vəhamət açıq aydın şəkildə gözlər önünə sərilmişdir.
Hörmətli Kamran müəllim!
Bu bir həqiqətdir ki, Prezident cənab İlham Əliyevin vəzifələrindən azad edərək prokurorluq orqanları rəhbərliyindən uzaqlaşdırdığı Qaralov-Usubov cütlüyü uzun illər ərzində Eldar Mahmudovun mütəşəkkil dəstəsi tərəfindən qurama işlərin tərtib edilməsinə, qondarma ittihamların verilməsinə, sübutların saxtalaşdırılmasına şərait yaratmışdır. Faktiki olaraq bu cütlüyün sayəsində MTN-nin özbaşınalıqları, cinayətləri, ölkə Konstitusiyası və qanunlarının, insan hüquq və azadlıqları sahəsində Azərbaycanın üzərinə götürdüyü benəlxalq öhdəliklərinin ayaqlar altına atılması rəvac tapmışdır. 

Bir həqiqət də ondan ibarətdir ki, mən MTN-nin saxtalaşdırılmış, qurama işi üzrə həbs olunaraq məhkum edilmişəm və əminəm ki, həm rəhbəri olduğunuz orqanda həm də aidiyyatı qurumlarda bu haqda ətraflı məlumat və sənədli sübutlar mövcuddur.
Sizin Baş Prokuror vəzifəsinə təyin edilərək dövlət başçısının qarşınızda ölkədə hüquq və qanunçuluğun bərqarar edilməsinə dair qoyduğu vəzifə bu sahədə əməli işlərin görüləcəyinə ümid yaratmışdır. Bu umidlərin qerçəkləşməsində görəcəyiniz işlərdə Sizə uğurlar arzu edir və MTN cinayətlərinin qurbanı kimi qəsb edilmiş haqlarımın iadə edilməsi, ədalətin və həqiqətin təcəlli etməsi üçün hüquqlarımın bərpa edilməsi istiqamətində lazımi tədbirlərin görülməsini Sizdən xahiş edirəm.

Xəbər lenti