Penitensiar Xidmət: "Azad Həsənov həkim nəzarətindədir, Ələbbas Rüstəmov isə aclıq etmir"

Penitensiar Xidmət:
Загрузка...
2014-cü ildən siyasi mühacir statusuyla yaşadığı Litvadan ağır xəstə olan atasını görmək üçün ötən il oktyabrın 10-da Bakıya gələn və dərhal da həbs olunan müsavatçı fəal Azad Həsənov artıq doqquzuncu gündür ki, Bakı İstintaq Təcridxanasında aclığı davam etdirir. İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində A.Həsənovun işinə baxılarkən özü də bunu təsdiqləyib. A.Hüseynovun məhkəməsini izləmək üçün gələnlər – Milli Şuranın sədri Cəmil Həsənli, Müsavat Partiyasının keçmiş və indiki başqanları – İsa Qəmbərlə Arif Hacılı və digər ictimai-siyasi fəallar ona aclığı dayandırmağı tövsiyə ediblər. Lakin A.Həsənov imtina edib, bildirib ki, ona qarşı qanunsuzluq, ədalətsizlik davam edir, hələ də böhtanla həbsdə saxlanılır.
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb. Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib. 
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Criminal.az saytına açıqlamasında bildirdi ki, aclıq aksiyası keçirmək hər bir məhkumun hüququdur. Məhkum əgər aclıq etmək istəyirsə saxlanıldığı müəssisəsinin rəisinə rəsmi müraciət etməlidir ki, bu gündən aclıq aksiyasına başlayır və səbəblər göstərməlidir. Bundan sonra həmin məkhum digərlərindən təcrid edilərək həkim nəzarətinə götürülür.
Xidmət rəsmisinin sözlərinə görə, Azad Həsənovla bağlı bu məsələ qaldırılmışdı, lakin Ələbbas Rüstəmov aclıq etmir: ''Azad Həsənov hazırda həkim nəzarətindədir, heç bir problemi yoxdur. O, quru aclıq etmir, su içir, maye qəbul edir. Dünən də məhkəməyə çıxıb. Ciddi problemi yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş nə qədər hüquqları varsa, həmin şəxs bundan istifadə edir''.   
Xatırladaq ki, Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib. 2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib. İttiham aktına görə, "Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər. Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Загрузка...
Загрузка...

Xəbər lenti