Paşinyan müdafiə nazirini işdən azad etdi - ERMƏNİSTAN ORDUSUNUN LAÇIN İSTİQAMƏTİNDƏ ÜZLƏŞDİYİ RÜSVAYÇILIĞIN ARDINCA

Paşinyan müdafiə nazirini işdən azad etdi - ERMƏNİSTAN ORDUSUNUN LAÇIN İSTİQAMƏTİNDƏ ÜZLƏŞDİYİ RÜSVAYÇILIĞIN ARDINCA
Paşinyan müdafiə nazirini işdən azad etdi Bu dəqiqələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı ilə müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib. Erməni KİV-ləri xəbər verir ki, prezident Armen Sərkisyan bu barədə fərmanı artıq imzalayıb. Prezidentin mətbuat xidməti həmin vəzifəyə baş nazirin müavini Suren Papikyanın təyin edildiyini bildirir. Arşak Karapetyan bir neçə ay əvvəl bu vəzifəyə təyin edilmişdi.
***
Ermənistanın müdafiə naziri Arşak Karapetyan tezliklə baş nazir Nikol Paşinyanın qərarı ilə işdən azad ediləcək. Bu haqda "Baqramyan26” teleqram-kanalı öz mənbələrinə istinadən bildirir. Bu teleqram-kanal Ermənistan hökuməti daxilindən insayder-informasiyaların yayılması ilə tanınır. Məlumatda iddia edilir ki, müdafiə naziri vəzifəsinə baş nazirin müavini Suren Papikyan təyin ediləcək. 

Qeyd edək ki, Suren Papikyan hazırda Paşinyanın ən yaxın adamlarından hesab edilir. Arşak Karapetyanın vəzifəsindən azad ediləcəyi haqda Paşinyanın ailəsinə məxsus olan "Haykakan Jamanax” qəzeti də yazıb.
Qəzet bu vəzifəyə Suren Papikyanın təyin ediləcəyini bildirir, amma kadr dəyişikliyinin səbəbi göstərilmir. İstisna deyil ki, əgər bu kadr dəyişikliyi həqiqətən baş verəcəksə onun səbəbi Ermənistan ordusunun Azərbaycanla dövlət sərhədinin Laçın istiqamətində üzləşdiyi növbəti rüsvayçılıq olacaq.
Xəbər verildiyi kimi, Arşak Karapetyanın əmri ilə erməni silahlı bölmələri həmin istiqamətdə mövqelərini irəli çəkməyə və Azərbaycan ordusunun mövqelərinin təminat yollarını kəsməyə cəhd göstərib. Buna cavab olaraq Azərbaycan ordusu sürətlə əlavə qüvvə və hərbi texnika cəlb edərək erməni əsgərlərini geri çəkilməyə məcbur edib, üstəlik onları əvvəlki postlarından da qovub çıxarıb. Artıq sosial şəbəkələrdə bu barədə videogörüntülər yayılıb.

Xəbər lenti