Partiya sədrinin Londonda şirkəti peyda olub

Partiya sədrinin Londonda şirkəti peyda olub
Загрузка...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Londonda şirkətləri üzə çıxıb. Criminal.az xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli bununla bağlı sənədləri paylaşıb. O yazıb ki, Sərdar Cəlaloğlunun oğlu Cəlal Məmmədov da Londonda şirkət açıb.
Onun bildirdiyinə görə, "SYNERGY COOPERATION LIMITED” şirkəti bu ilin fevralın 15-də qeydiyyatdan keçib. Sənədlərdən məlum olub ki, ADP sədrinin oğlunun İngiltərə vətəndaşlığı alıb.
Həsənli qeyd edir ki, bundan əvvəl Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da oğlu Britaniyada şirkət açmışdı. "Qoşqar Məmmədova məxsus "BYTE IT LTD” 2011-ci ildən fəaliyyət göstərib, maliyyə çətinlikləri üzündən 2015-ci ildə bağlanıb”. 



Загрузка...
Загрузка...

Xəbər lenti