Parlament Milli Məclisin buraxılması üçün Prezidentə müraciət etdi

Parlament Milli Məclisin buraxılması üçün Prezidentə müraciət etdi
Загрузка...
YAP-ın müraciətini Siyavuş Novruzov səsləndirib
Parlamentdə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. İclasa sədrlik edən spiker Oqtay Əsədov deyib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi köklü islahatlar son dövrlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə sistemində, bir sözlə, bütün sahələrdə aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Həyata keçirilən islahatların sistemli xarakter daşıması, qarşıya çıxan yeni çağırışlar, cəmiyyətin gözləntiləri və digər amillər qanunvericilik hakimiyyətində də islahatların dərinləşməsini və parlamentin yeniləşməsini zəruri edib”.
Hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətinin mətnini Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov oxuyub:
"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, dövlət idarəçilik, daxili və xarici siyasət kursu Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında çox böyük uğurla davam edir. Sosial iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının daha da yaxşılaşdırılması siyasətinin bundan sonra da effektiv transformasiyasını, həyata keçirilməsi daha geniş hədəflərinin müəyyənləşməsini və daha dərin islahatların aparılmasını zərurətə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi altında islahatlar konsepsiyası hazırda daha böyük dinamizm qazanmaqdadır. Azərbaycan Nazirlər Kabinetində, Məhkəmə-hüquq sistemində və regional idarəetmə orqanlarında struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. Cəmiyyət inanır ki, islahatlar bunda sonra da uğurla davam etdiriləcək. Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi Milli Məclis ölkədə həyata keçirilə islahatların daha da genişlənməsi və dərinləşməsi prosesində kənarda qalmamalı, islahatların qanunvericilik sahəsində də əhatə etməsi təmin etmək məqsədilə prinsipal mövqe və dövlətçiliyə xidmət nümunəsi göstərməlidir. Belə ki, indiki tarixi şəraitdə Milli Məclisin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına, yeniləşməsinə dərin islahatlar strategiyasına uyğunlaşmasına dəyişikliklərə çevik münasibət imkanlarının genişlənməsinə ehtiyac özünü daha aydın və qabarıq şəkildə biruzə verir”. 

Siyavuş Novruzov
Müraciəti səsləndirdikdən sonra S.Novruzov YAP-dan olmayan deputatları da müraciətə qoşulmağa çağırıb. Əli Hüseynov: "Bu yanaşma Konstitusiyamıza və hüquq sisteminə uyğundur” Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələni hüquqi baxımdan şərh edib. O bildirib ki, 2016-cı ildə keçirilən referendum və bu zaman Konstitusiyaya edilən əlavə, dəyişikliklər bu gün həyata keçirilməsi nəzərdə tutulan işlər üçün ciddi bir konstitusion baza roludur:
"Konstitusiyanın 98-1-ci maddəsi parlamentin buraxılması məsələsini həll etmiş olur. Xüsusi vurğulamaq istəyirəm ki, 2018-ci ildə növbədənkənar prezident seçkiləri keçirildi. Ölkə başçısı İlham Əliyev yenidən xalqın mandatını almış oldu. Ölkədə tam müasir və dünya standartlarına cavab verən keyfiyyətcə yeni islahatlar başlandı. Bu islahatlar mərkəzi və icra hakimiyyəti orqanlarını məhkəmə hakimiyyətini əhatə etmiş oldu. Bu illər ərzində parlament də öz fəaliyyətində Prezidentin islahatlarına dəstək verib. Bununla yanaşı, parlamentin fəaliyyətinin də təkmilləşdirilməsi, daha da mükəmməlləşdirilməsi ilə bağlı cəmiyyətin də düşüncələri var. Bu baxımdan Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı müraciəti, əslində, xalqın etimadını yenidən qazanmaq niyyətindən irəli gəlir. Bu, eyni zamanda YAP-ın xüsusi siyasi mədəniyyətini göstərir. 

Əli Hüseynov
Hesab edirəm ki, bir sıra ekspertlərin və opponentlərin Milli Məclsin buraxılmasının Konstitusiyanın 89-cu maddəsinin 5-ci bəndində qeyd olunmuş deputatın özünün imtina etməsi ilə bağlı səlahiyyətlərinə xitam verilməsi məsələsi ilə eyniləşdirilməsi çox yalnış yanaşmadır. Çünki bu məsələ Konstitusiyasının 98-1-ci maddəsində qeyd olunub. MM-in buraxılması ilə bağlı müraciət göz qabağındadır. Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətlərin qeyd etdiyimiz müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadını yenidən qazanılması məqsədi ilə bu addım atılmış olur. Bu yanaşma bizim Konstitusiyamıza və hüquq sisteminə uyğundur” - Ə.Hüseynli əlavə edib.
Səməd Seyidov: "Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, uzun illər ərzində aparılan quruculuq siyasəti yeni Azərbaycan formalaşdırıb: "Bununla yanaşı, xalq müasirləşib, tələbləri artıb, onun düşüncə tərzi, təhliletmə qabiliyyəti yüksəlib. Bir sözlə, Azərbaycanda milli və müasir şüur formalaşıb və bu şəraitdə biz Milli Məclisin xalqın qarşısında təmsilçiliyimizi mütləq yenidən təsdiq etməliyik. İslahatların məntiqi, dünya təcrübəsi, beynəlxalq öhdəliklər bunu belə tələb edir. Məhz buna görə, təmsilçi rolunu yüksək səviyyədə yenidən təsdiq etmək üçün bu qərarı dəstəkləmək vacibdir. Biz xalqın müasirlik səviyyəsinə uyğun, müxtəlif dilləri bilən, vətənpərvər, peşəkar insanlara daha geniş yol açmalıyıq. Biz xarici siyasətimizi ən yüksək səviyyədə təmsil etməliyik. Biz xalqımız və Prezidentimizin yüksək tələblərinə uyğun yeni parlament formalaşdırmalıyıq”. 

Səməd Seyidov
S.Seyidov əlavə edib ki, hər bir millətin gələcəyi onun dünyanın müasir çağırışlarına uyğun cavab vermək, milli maraqları dünyada gedən mürəkkəb və baş verən ədalətsiz proseslər çərçivəsində müdafiə etmək, xalqın istək və arzularını əks etdirmək qabiliyyətindən asılıdır. Spiker Oqtay Əsədov bildirib ki, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərarın hazırlanması üçün redaksiya yaradılıb. Redaksiya heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova, deputatlar Əli Hüseynli, Fəzail İbrahimli, Sahibə Qafarova, Səməd Seyidov daxil edilib. İclasın sonunda Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə qərar layihəsi oxunub. MM sədrinin müavini Bahar Muradovanın elan etdiyi qərar layihəsi səsverməyə çıxarılıb. Qərar 99 lehinə səslə qəbul edilib. Səsvermədə 1 nəfər birtərəf qalıb, 1 nəfər əleyhinə səs verib, 1 deputat isə səsvermədə iştirak etməyib. Beləliklə, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidenmtə müraciət edilib.
Milli Məclisin spikeri Oqtay Əsədov deyib parlamentin dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası noyabrın 28-də parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Parlamentdə ən çox deputatla təmsil olunan partiya bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə verildiyini açıqlayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti